"Nə vaxt evlənəcəksən?" (taiti Nafea faa ipoipo?) — Fransız rəssamı Pol Qogen 1892-ci ildə çəkdiyi rəsm əsəri.[1]
Nə vaxt evlənəcəksən? | |
---|---|
Rəssam | Pol Qogen |
Tarixi | 1892 |
Üslubu | məişət janrı, portret |
Ölçüləri | 101 sm × 77 sm |
Materialı | yağlı boya[d] |
Saxlanıldığı yer | Bazel İncəsənət muzeyi |
Vikianbarda əlaqəli mediafayllar |
Rəsmdə iki taitili qız əks olunub.[1]
Əsər 2015-ci ildə "Sotbis" hərrac evinin isveçrəli keçmiş əməkdaşı Rudolf Ştehelin tərəfindən satışa çıxarıb.[1] Əsəri Qətər şeyxlərindən biri 300 milyon dollara – rekord qiymətə satın alıb.[1] Əsər yeni sahibinə 2016-cı ilin yanvar ayında çatıb.[1]
Əsər 2015-ci ilə qədər təxminən 50 il Bazel İncəsənət muzeyində nümayiş olunmuşdur.[1] Yaxın gələcəkdə isə ardıcıl olaraq Bazeldə yerləşən "Beyeler" fondunda, Madriddə Kraliça Sofiya incəsənət mərkəzində və Vaşinqtondakı Fillips kolleksiyasında sərgilənməsi planlaşdırılmışdır.[1]