Postimpressionizm

Postimpressionizm (lat. post – sonra, fr. impressionisme, impression – təəssürat) — fəlsəfiincəsənət cərəyanı, XIX əsrin sonu – XX əsrin ilk illərində fransız boyakarlığının əsas istiqamətlərinin ümumiləşdirilmiş, şərti ifadəsi.

Postimpressionizm ustaları 1880-ci illərin ortalarından (impressionizmin böhranı dövrü) yeni, yaşadıqları dövrə uyğun təsvir vasitələri tapmağa, bədii təfəkkür məhdudluğunu aradan qaldırmağa, impressionizmə xas xüsusiyyətlərdən – həyatın ani və ötəri effektlərinin təsvir olunmasından onun uzun sürən mənəvi və maddi vəziyyətlərinin təcəssümünə keçməyə cəhd göstərirdilər. Həmin dövr Qərbi Avropa mədəniyyətinin böhran əlamətləri, onun mürəkkəbliyi, rəssamların ideya-əxlaqi keyfiyyətlər sahəsində ziddiyyətli axtarışları postimpressionizmdə öz əksini tapmışdı.

Məşhur postimpressionistlər

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Sovet Ensiklopediyası, səh. 612