Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Nəbi Ibrahim oğlu Yaqubov — Tanınmış Azərbaycan alimi, texnika elmləri doktoru, professor.[1] Neft və Kimya İnstitutunun (indiki ADNSU) “Nəzəri mexanika” kafedrasının müdiri[2] (1970-1990-cı illər); "Qazax Xeyriyyə Cəmiyyəti"nin yaradıcılarından biri (1991)[3]
Nəbi Yaqubov | |
---|---|
Nəbi Yaqubov | |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Ofeliya Yaqubova (Qocayeva) |
Uşaqları | Rəşad və İbrahim |
Atası | İbrahim Yaqubov |
Anası | Sənəm Yaqubova |
Elm sahəsi | mexanika |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Neft Akademiyası |
Təhsili | ali |
Nəbi Yaqubov 1936-cı ildə Qazaxda, Qaymaqlı kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-Riyaziyyat fakültəsinə qəbul olur. Məzun olduqdan sonra aspiranturaya daxil olur. Görkəmli Azərbaycan alimi Akademik Azan Mirzəcanzadənin rəhbərliyi altında əvvəlcə namizəzdlik, sonra isə doktorluq dissertasiyası müdafiə edir.[4] Ömrünun sonuna qədər Neft və Kimya İnstitutunun (indiki ADNSU) “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışıb. Professor N.Yaqubov, tanınmış alim və pedaqoq olmaqla yanaşı, həm də Azərbaycan və Türk tarixinin, ədəbiyyatının mahir bilicisi idi.
1991-ci ildə "Qazax Xeyriyyə Cəmiyyəti"-nin yaradıcılarından biri olub.[5]
İbrahim Nəbioğlunun atasıdır.[6]