Nəcibə Abbas qızı Əliyeva (22 fevral 1927, Gəncə – 2006, Bakı) — Azərbaycan virusoloqu, baytarlıq elmləri doktoru (1974), professor (1975), baytarlıq virusologiyası sahəsində ilk azərbaycanlı qadın alim.[1]
Nəcibə Əliyeva | |
---|---|
Nəcibə Abbas qızı Əliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | baytarlıq |
Elmi dərəcəsi | baytarlıq elmləri doktoru |
Təhsili | Azərbaycan Dövlət Aqrar Universiteti |
Tanınır | baytarlıq virusologiyası sahəsində ilk azərbaycanlı qadın alim |
Mükafatları |
Əliyeva Nəcibə Abbas qızı 22 fevral 1927-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ali təhsilini 1948-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində tamamladıqdan sonra 1949-cu ildə Tak-Muğal Zoobavtar məntəqəsində baytar həkimi vəzifəsində işləmiş, 1949- 1956-cı illərdə Azərbaycan Bioloji Kombinatında müxtəlif vəzifələrdə çalışmışdır.
1956-cı ildə Az.ETBİ-da kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, 1957-ci ildə isə aspiranturaya qəbul olmuşdur. 1960-cı ilin may ayında ADAU-nun elmi şurasında namizədlik dissertasiyasını müdafiə etmiş və baytarlıq elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1960-cı ildə institutun “Mikrobiologiya və virusologiya” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1962-ci ildə Keçmiş SSRİ Ali Attestasiya Komissiyasının qəranna əsasən ona “Baytarlıq mikrobiologiyası” ixtisası üzrə Baş elmi işçi diplomu verilmişdir. 1963-83-cü illərdə o, ‘'Ümumi virusologiya." 1983-1991-ci illərdə isə “Ümumi virusologiya və “Dabaq” laboratoriyalarının müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən institutun Epizootologıva, mikrobiologiya, virusologiya, ımmunologiya və mikologıya" laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1974-cü ildə N.E.Bauman adma Kazan Dövlət Baytarlıq İnstitutunda “Azərbaycanda buzovların adenovirus infeksiyasınm öyrənilməsinə dair materiallar” mövzusunda baytarlıq elmləri doktoru alimlik dərəcəsi adı almaq üçün dissertasiya müdafiə etmişdir.
Onun tədqiqatı buzovlarda tənəffüs yolu xəstəliklərinin, respublikada qoyunların virus törodicili balasalma xəstəliklərinin öyrənilməsinə və ona qarşı mübarizə tədbirləri hazırlanmasına aiddir. Nəcibə xanım keçmiş SSRİ-də ilk dəfə olaraq xəstə buzovdan qaramala məxsus adenovirus ayırmış və Azərbaycanın müxtəlif təsərrüfatlarında qaramalın qan serumunda adenovirus 1, 2, 3 və paraqrip-3 viruslarının anticisiınlərinin mövcud olmasını öyrənmişdir.
N.A.Əliyeva 104 elmi əsərin müəllifidir, Moskva, Kiyev, Kazan, Vladimir, Tiflis vo s. şəhərlərdə keçirilən elmi konfranslarda məruzələrlə çıxış etmişdir.
Nəcibə Əliyeva 1956-cı ildə SSRİ “Xalq təsərrüfatı nailiyyətləri sərgisi”nin iştirakçısı olmuş və sərginin bürünc medalı ilə təltif olunmuşdur. O, 1978-ci ildə Respublikada baytarlıq elminin inkişafında xidmətlərinə görə Ali Sovetin Fəxri Fərmanı ilə təltif edilmişdir.