Nəmidə Abbasova (tam adı: Nəmidə Kabı qızı Abbasova d.12 oktyabr 1925, Azərbaycan, Qazax – ö.6 mart 1996, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1974), professor (1976), Azərbaycan Dövlət Pedaqoji İnstitunda ibtidai təhsil pedaqogikası və metodikası fakültəsinin dekanı (1971–1976), "Respublikanın əməkdar ali məktəb işçisi".
Nəmidə Abbasova | |
---|---|
Nəmidə Kabı qızı Abbasova | |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Azərbaycan SSR |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahələri | filologiya, Azərbaycam dilçiliyi |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Nəmidə Abbasova 1925-ci il oktyabr ayının 12-də Azərbaycanın Qazax şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuş, 1950-ci ildə dilçilik ixtisası üzrə ali təhsil almışdır. 1950–1953-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Pedaqoji Univeristet) aspirant olmuşdur. Daha sonra dissertasiya müdafiə edərək filologiya elmləri namizədi və doktoru elmi adları almışdır.
1996-cı ildə Bakı şəhərində vəfat etmişdir.[1]
1954–1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, 1970-ci ildən kafedranın dosenti, 1971–1976-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunda ibtidai təhsil pedaqogikası və metodikası fakültəsinin dekanı, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru, 1976–1981-ci illərdə Pedaqoji İnstitutda dilçilik kafedrasının, 1981–1996-cı illərdə illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru olmuşdur.[1]
120-dən çox elmi məqalənin, "Cəfər Cabbarlı dramaturgiyasında söz" adlı monoqrafiyanın müəllifidir. "Respublikanın əməkdar ali məktəb işçisi" adı verilmişdir.
Tədqiqatları əsasən Azərbaycan dilinin qrammatikası və leksikasına həsr olunmuşdur.