Nənələr — Lənkəranın Separadi kəndindən olan folklor və rəqs ansamblıdır.[2] Bu qrup "Lənkəran Nənələri" və ya "Talış Nənələri" adları ilə də tanınır.[mənbə göstərin][3] Ansambl hal-hazırda 6 üzvdən ibarətdir.[4] Bu ansamblın əsası 1970-ci ildə qoyulub.[5]. Qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərib. Qrupun ifasında Azərbaycan və Talış dillərində olan 100-ə qədər bayatı və mahnı var. Bunlara misal olaraq "Ay lolo", "Gəl, gözəlim, naz eləmə", "Mirvari gəlin", "Almanı alma, gəlin", "Yar bağa gəldi", "Bulaq başında", "Gəlin", "Kinəlim-kinəlim", "Maralı göndər bizə", "Verin bizim gəlini", "Əllərə xına çəkərlər", "Yar-yar", "Can gülüm", "Bülbüllər oxuyur" və s. mahnıların adını çəkmək olar.[6]
Nənələr | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
folklor xalq mahnısı |
Fəaliyyət illəri | 1970—h.h. |
Ölkə | Azərbaycan |
Digər adı | Bacılar (1997-ci ilə qədər)[1] |
Heyət |
Qızbəs Əhədova Xanımbacı Quliyeva Gulçöhrə Məmmədova Gulbəzək Kərimova Şərəf Məmmədova |
Keçmiş üzvlər |
Ağabacı Əhədova Gülbacı Əhədova Xanbibi Əzimova |
Vikianbarda əlaqəli mediafayllar |
Qrup ilk yarandığı vaxtda 4 nəfərdən (Gülbacı, Ağabacı, Xanımbacı və Qızbəs) ibarət olub. Bu vaxtlar onlar "Bacılar" adı ilə fəaliyyət göstəriblər. Buna səbəb adıçəkilən ifaçıların əsl həyatda bir-birinə doğma bacı olmalarıdır. Maraqlı və gözəl ifa tərzi olan qrup ilk olaraq xınayaxdı, paltarkəsdi kimi gəlin məclislərinə dəvətlər alır. Belə məcslislər nəticəsində "Bacılar" ilk olaraq rayon, sonra isə Azərbaycanda məşhur olmağa başladı. Qrupun üzvləri olan Ağabacı və Gülbacının vəfat etməsindən sonra "Bacılar" adının dəyişdirilməsi lazım olub. "Nənələr" adını ilk dəfə qrupa 1997-ci ildə Lənkəranda səfərdə olan Heydər Əliyev təklif edib. İfaçılar bu gözəl təklifi dərhal qəbul ediblər. Məhz 1997-ci ildən etibarən "Nənələr" adı ilə daha çox məşhurluq qazanıblar. "Nənələr" qrupu Azərbaycanda daha çox "Ay lolo" mahnısı ilə məşhurlaşıb. Müxtəlif tədbirlərə və bayram şənliklərinə dəvət alan "Nənələr" qrupu daha çox özlərinin bir növ "vizit kartı" sayılan "Ay lolo" mahnısını ifa edirlər. Buna baxmayaraq qrupun ifasında 100-ə qədər başqa mahnılar da var. Hal-hazırda çox məşhur olan "Nənələr" qrupu Azərbaycanın bir çox bölgələrinə toy məclislərində iştirak etmək üçün dəvətlər alırlar.[7]
Ansamblın hal-hazırda 6 üzvü var: Xanımbacı Quliyeva,Qızbəs Əhədova, Gülbəzək Kərimova, Şərəf Məmmədova, Rübabə Kərimova, Bacıgül Rzayeva. Bədii rəhbəri Fərhad Məmmədovdur. "Nənələr"in üzvü olmuş Xanbibi Əzimova dünyasını dəyişdikdən sonra ansamblda onun yerini yaxın qohumu Bacıgül Rzayevə tutub. Ən yaşlı üzvün 86, ən cavan üzvün isə 55 yaşı var.[8]