Nərgiz Əsədova (tam adı: Nərgiz Zakir qızı Əsədova; d. 28 noyabr 1980, Tripoli, Liviya) — Azərbaycan əsilli Rusiya jurnalisti.[1][2][3]
Nərgiz Əsədova | |
---|---|
Nərgiz Zakir qızı Əsədova | |
Doğum tarixi | |
Doğum yeri | Tripoli, Liviya |
Vətəndaşlığı | Rusiya |
Həyat yoldaşı | Anton Popov |
Uşağı | 2 qız |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | M.V.Lomonosov adına Moskva Dövlət Universiteti |
Fəaliyyəti | Jurnalist |
Fəaliyyət illəri | 2004-cü ildən |
1980-ci il 28 noyabrda Liviyanın Tripoli şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunu bitirib. 2004-cü ildə "Kommersant" qəzetinin beynəlxalq şöbəsinə işə götürülüb.
2007-ci ilin avqustundan 2009-cu ilin iyun ayına qədər ABŞ-nin Vaşinqton şəhərində RİA Novosti bürosunun rəhbərinin müavini vəzifəsində çalışmışdır.