Nərgizava

Nərgizava — qədim yaşayış məskəni, Ağsu rayonunun BicoGəgəli kəndləri ərazisində yerləşir.

Bico kəndi ilə Gəgəli kəndi ərazisində, Gəgəli kəndindən təxminən 2 km cənubi-şərqdə, BicoGəgəli kəndinin sakinləri tərəfindən "Nərgizava" adlandırılan, Bicodərəsi ilə Yasamal adlı qobuluq ərazidə qədim yaşayış məskəni yerləşir. 10 hektardan geniş bir sahəni əhatə edən bu ərazinin böyük bir hissəsi BicoGəgəli kəndlərinin (Bico kəndinin tarixi dəqiq bilinməyən xeyli əvvəlki dövrlərə aid olsa da, Gəgəli kəndinin əsası 19-cu əsrin 40-50-ci illərində Dəyəli-Gəgəli adlı axtaçı obasının AğsuBico kəndləri arasındakı yazlaq sahəni daimi binə yeri seçməsi ilə qoyulmuşdur) sakinləri tərəfindən uzun müddət əkin məqsədləri üçün şumlandığına görə, abidənin tarixi-mədəni təbəqəsi güclü dağıntıya məruz qalmışdır.

Buna baxmayaraq, 1997-2010-cu illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu ekspedisiyası tərəfindən aparılmış genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində ərazinin indiki Gəgəli kəndi ərazisindəki hissəsində aşkarlanmış, b.e.ə. III-II əsrlərə aid 69 torpaq tipli qəbir, xeyli miqdarda və müxtəlif növdən olan daş, saxsı və metal məmulatları burada qədim və inkişaf etmiş mədəniyyətə malik yaşayış məskəninin mövcud olduğundan xəbər verir. 2018-ci ildə Nərgizavada arxeoloji tədqiqatların növbəti mərhələsi başlamışdır.

Nərgizava şəhərinin dağılması 1192-ci ilin dağıdıcı zəlzələsi və 1221-ci ildən başlayan monqol-tatar yürüşləri ilə əlaqələndirilir.

  • V.H.Əliyev, F.S.Xəlilov "Ağsunun tarixi səhifələri" - Bakı, "ADĠLOĞLU" nəşriyyatı - 2001, 94 səh.
  • Fariz Xəlilli "Qədim Nərgizava və Gəgəli" - Bakı, "ADĠLOĞLU" nəşriyyatı - 2003, 38 səh.