Nəriman İsmayılov

İsmayılov Nəriman Zeynalabdı oğlu — AMEA N.Tusi ad. Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, f.r.e.d., professor, “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdir.

Nəriman İsmayılov
İsmayılov Nəriman Zeynalabdi oğlu
Doğum tarixi (69 yaş)
Doğum yeri Qərbi Azərbaycanın Amasiya rayonu
Vətəndaşlığı Azərbaycanlı
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Astrofizika Radioastronomiya
Elmi dərəcəsi Fizika Riyaziyyat Elmləri Doktoru
Elmi adı Professor
İş yeri AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
Tanınmış yetirməsi Orxan Xəlilov

Nəriman İsmayılov 21 oktyabr 1955-ci ildə Qərbi Azərbaycanının Amasiya rayonu, Mağaracıq kəndində anadan olmuşdur. 1974-cü ildə Bakıdakı 1 saylı respublika fizika -riyaziyyat təmayüllü orta məktəbi, 1979-cu ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1979-1982-ci illərdə İmişli və Şamaxı rayonlarında orta məktəbdə müəllim işləmişdir. 1994-1997-ci illərdə Lomonosov ad. MDU-nun əyani doktoranturasında oxumuşdur. 1982-ci ildən AMEA Şamaxı Astrofizika Rəsədxanasında işləmişdir. 2004-2016 illərdə Bakı Dövlət Universitetində Astrofizika kafedrasında professor vəzifəsində işləmişdir. Hazırkı dövrə qədər AMEA ŞAR-da baş elmi işçi vəzifəsində çalışır. 2017-ci ildən rəsədxananın “Qalaktikalar və ulduzəmələgəlmə” şöbəsinin müdiridir. [1]

Cavan ulduzların spektral və fotometrik tədqiqi ilə məşğul olmuş, bu sahədə tanınmış mütəxəssisdir. Bu istiqamətdə 101 elmi məqalənin, 50-dən çox məruzənin, 3 kitabın müəllifidir. Bir çox cavan ulduzların spektral və fotometrik dəyişkənliyinin periodikliyi aşkar olunmuşdur. T Buğa tipli ulduzların spektral və fotometrik xüsusiyyətlərinin ləkə modelində təhlili bu ulduzların fotometrik rəng göstəricilərinin dəyişməsini izah etməyə imkan vermişdir. T Buğa tipli ulduzların işıq əyrilərinin yeni klassifikasiya sxemi işlənib hazırlanmışdır. Həmin sxem əsasında klassik T Buğa ulduz qruplarında gedən fiziki dəyişmələrin keyfiyyətcə izahı verilmişdir. Cavan ulduzların müşahidə nəticələrinin kompleks şəkildə və bir-birindən asılı olmayan müxtəlif tədqiqat üsulları tətbiq edərək təhlil edilməsi göstərilmişdir ki, bir sıra kiçik və orta kütləli cavan ulduzlarda ilkin yaranma mərhələsində planetəmələgəlmə prosesləri baş verməkdədir.[2]

Əsas Elmi Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • İlk dəfə T Buğa tipli cavan ulduzlarda həm qısamüddətli (9 günlük period, DI Cep), həm də uzunmüddətli (6 illik period, T Tau, DI Cep) kvaziperiodik dəyişmələr olduğu aşkar olunmuşdur. Göstərilmişdir ki, qısamüddətli dəyişmələrin ulduzun öz oxu ətrafında fırlanması ilə izah etmək mümkün olduğu halda, uzunmüddətli dəyişmələr yalnız qoşalıqla, yaxud Günəşdə müşahidə olunan 11 illik dövrə bənzər bir proseslə izah olunması mümkündür. 
  • 1 OriD ulduzları tədqiq olunmuş, onların ikinci komponentlərinin yenicə formalaşmaqda olan baş ardıcıllığa çatmamış ulduz olduğu göstərilmişdir. - Ae/Be Herbiq tipli ulduzların tədqiqi ilk dəfə göstərmişdir ki, MWC361 ulduzu ikinci komponentin spektri seçilə bilməyən spektral qoşa sistemdir. Bu ulduzların şüalanma xətlərinin strukturunun tədqiqi göstərmişdir ki, bu ulduzların ətrafında maddə topaşəkillidir.qOrion trapesiyasında yerləşən BM Ori, V1016 Ori,  
  • Son dövrlərdə bir sıra cavan ulduzların spektrində enerji paylanması tədqiq olunmuşdur.Göstərilmişdir ki, bu ulduzlarda infraqırmazı oblastda 1-3 sayda anomal şüalanma oblastı müşahidə olunur. Bu ulduzların fotometrik dəyişkənliyinin uzun bir dövr üçün tədqiqi həmin ulduzlarda eyni zamanda həm də kvaziperiodik dəyişmələrin mövcud olmasını təsdiq edir. Ona görə də müəllif tərəfindən belə bir hipotez irəli sürülmüşdür ki, cavan ulduzların enerji paylanmasındakı anomal şüalanma və parlaqlığın dövri olaraq dəyişməsi həmin ulduzların ətrafında hələ tam formalaşmamış infraqırmızı protoulduz və ya protoplanetlərin mövcud olmasının nəticəsidir. 
  • T Buğa və Ae/Be Herbiq tipli 20-ə qədər cavan ulduzun fiziki xassələri fərdi şəkildə öyrənilmiş, müxtəlif ulduzların spektrində və parlaqlığında periodik dəyişkənliklər aşkar olunmuşdur. Bunlardan bəziləri ulduzların qoşalığı, digərləri isə qeyri stasionar axınlar nəticəsində ulduz səthində əmələ gələn anomal fiziki şəraitə malik oblastların yaranması hesabına baş verir. Bu sahədə iki halda müəllifin müxtəlif ulduzlar üçün aldığı periodlar - 9 günlük və 6 illik periodlar Krım və Daşkənd astronomları tərəfindən yüksək dəqiqliklə təsdiq olunmuşdur.[1]
  • Cavan ulduzların müşahidə nəticələrinin kompleks şəkildə və bir-birindən asılı olmayan müxtəlif tədqiqat üsulları tətbiq edərək təhlil edilməsi göstərilmişdir ki, bir sıra kiçik və orta kütləli cavan ulduzlarda ilkin yaranma mərhələsində planetəmələgəlmə prosesləri baş verməkdədir. Ulduzların spektral enerji paylanma əyrilərinin qurulması, onların 30-60 illik dövr ərzində alınan işıq əyrilərinin spektral furye analizi, spektral dəyişkənliyin həm ultrabənövşəyi, həm də optik diapazonda analizi həmin ulduzlarıda müşahidə olunan fiziki xassələrin onların ətrafında formalaşmaqda olan protoplanetlərin olması ilə izah olunmuşdur.
  • Cavan ulduzların işıq əyrilərinin yeni təsnifat sxemi verilmişdir. Həmin sxem əsasında  klassik T Buğa ulduz qruplarında gedən fiziki dəyişmələrin keyfiyyətcə izahı verilmişdir. Həmin sxemə görə mümkün aktivlik mexanizmləri bunlardır: a) Günəşin 11 illik tsiklinə bənzər  uzunmüddətli dəyişmələr, b) ulduz fotosferində yarana bilən soyuq və ya isti ləkələr hesabına müşahidə olunan qısamüddətli sutkalıq dəyişmələr, c) ulduzətrafı mühitlə ulduzun işığının tutulması nəticəsində baş verə bilən dəyişmələr, d) qoşalıqla bağlı olan uzunmüddətli dəyişmələr. [2]

Elmi Dərəcə və Elmi adları

[redaktə | mənbəni redaktə et]
  • 1979 BDU Fizika fakültəsini fizik ixtisası üzrə bitirmişdir; 
  • 1990 «Cavan qoşa ulduzların axtarılması və tədqiqi» mövzusu üzrə namizədlik dissertasiyası 1990-cı ildə; Fizika riyaziyyat elmləri namizədi Şternberq adına Astronomiya İnstitutu, MDU, Moskva; 01.03.02 –astrofizika, radioastronomiya ixtisası üzrə, SSRİ Ali Attestasiya Komissiyası tərəfindən verilmişdir; 
  • 2002 Baş elmi işçi elmi adı, Azərbaycan Ali Attestasiya Komissiyası tərəfindən verilmişdir, Bakı, Azərbaycan; 
  • 2005 «Cavan və kimyəvi-pekulyar ulduzların spektral və fotometrik tədqiqi» Fizika riyaziyyat elmləri doktoru, 01.03.02 astrofizika, radioastro- nomiya ixtisası üzrə, Azərbaycan Ali Attestasiya Komissiyası tərəfindən verilmişdir, Bakı, Azərbaycan; [1]
  • 2011 Professor, 01.03.02 astrofizika, radioastro- nomiya ixtisası üzrə, Azərbaycan Ali Attestasiya Komissiyası tərəfindən verilmişdir, Bakı, Azərbaycan;[2]

Əsas elmi məqalələri

[redaktə | mənbəni redaktə et]
  • Ismailov N.Z. Rapid dynamic processes in star atmospheres. Astron.&Astrophys.Trans. 2003, v.22, №4-5, p. 1-13. 
  • Ismailov N.Z., Samus N.N. A new possible long period in the optical variability of T Tauri. Inform.Bull.Var.Stars.2003, №5382, p. 1-4. 
  •  Исмаилов Н.З. Анализ многолетних наблюдений спектра и блеска DI Cep. Известия НАН Азерб.2003, т.23, №5, с.96-102. 
  • Исмаилов Н.З. Изменение линий пекулярных элементов в спектре k Psc. Известия НАН Азерб.2003, т.13, №2, с.156-162. 
  •  Ismailov N.Z. The Herbig Ae/Be Star HD200775 as a spectroscopic Binary. Astron.Reports, 2003, v.47, №3,p. 206-213. 
  •  Ismailov N.Z. On the 9-day periodic variability of DI Cep. Inform.Bull.Var.Stars. 2003, №5466, p. 1-4.
  •  Ismailov N.Z. A New Classification Scheme for T Tauri Light Curves. Astron. Reports. 2005. v.49, №4, p. 309-315. 
  • Исмаилов Н.З., Алиева А.А. Анализ избытков ближних УФ и ИК излучений у звезд типа Т Тельца. Известия НАН Азерб.2005, №2, с.189-193. 
  • Исмаилов Н.З. Новая схема классификации кривых блеска звезд типа Т Тельца. Циркуляр ШАО.2004, №107, с.15-21. 
  • Исмаилов Н.З., Алиева А.А. Эмиссионный спектр и дисковая аккреция звезды типа Т Тельца DI Cep. Циркуляр ШАО, №108, с.27-33. 
  •  Исмаилов Н.З. Новая схема классификации кривых блеска звезд типа Т Тельца. Астрон.журн.2005, т.82, №4, с.347-354. (Astron.Reports, 2005, v. 49 №4, p. 309-315) 
  • Ismailov N.Z. Periodic variability of the T Tauri type star DI Cep. Astron.Reports. 2004, v.48, №5, p. 393-398. (Transl. From Astron.Zhurn 2004, v.81,№5, p. 431-437). 
  • Ismailov N.Z., Alieva A.A. Time-resolved spectral observations of Ae/Be Herbig type star HD200775. IBVS 2005, №5634. 
  • Исмаилов Н.З., Алиева А.А. Поиск изменений в линии Hα у звезды типа Ае/Ве Хербига HD 200775. Циркуляр ШАО 2005, №109, с.30-39. 
  • Исмаилов Н.З., Ахмедова Н.Я., Алиева А.А. Исследование стабильности спектрометра фокуса Кассегрена телескопа ШАО. Известия НАН 2005, 25, №5, с.234-238. 
  • Исмаилов Н.З., Алиева А.А. Новый метод очистки от теллурических линий спектров эмиссионных объектов. Циркуляр ШАО 2005, № 110.
  • Исмаилов Н.З., Алиева А.А., Наблюдение одновременной аккреции и выброса вещества у звезды DI Cep. Известия НАН Азерб.2006, №2, с.232-236. 
  •  Исмаилов Н.З., Алиева А.А., Гулиев Н.Х. Магнитные поля классических звезд типа Т Тельца в рамках теории магнитосферной аккреции. Доклады НАН Азерб. Сер.физ.-мат. 2006, т.61, с.65-72. 
  •  Ismailov N.Z., Alieva A.A. Active motion of matter in the envelope of DI Cep. IBVS. 2006, N 5702, p. 1-4. 
  •  Ismailov N.Z., Quliev N.Kh., Alieva A.A., The emission spectrum of T Tau in 1971-1979. Peremennye zvezdy, 2006, v.26, No 5,
  •  Ismailov N.Z., Quliev N.Kh., Alieva A.A. The absorption spectrum of T Tauri. Peremennye zvezdy, 2006, v.26, No 8.
  •  Ismailov N.Z. On the active motion in the circumstellar envelope of T Tauri type Star DI Cep. Solar and Stellar activity cycles, 26th meeting of the IAU, Joint Discussion 8. 17-18 August 2006, Prague. Czech Republik, JD08, 2. 
  •  Ismailov N.Z., Quliev N.Kh., Alieva A.A., The absorption spectrum variabilityof T Tau. Peremennye zvezdy, 2006, v.26, No 8. 
  • Гулиев Н.Х., Исмаилов Н.З. Тезисы IV Республиканской Научной Конференции «Актуальные проблемы физики», БГУ, Баку, Азербайджан, 29-30 июня, 2006. 
  • Гулиев Н.Х., Исмаилов Н.З., Исмаилов З.А., Алиева А.А. Эмиссионный спектр Т Tau в период 1971-1988 гг. Известия НАН. Сер. физ.-мат. и тех. н., Физика и астрономия, «Элм», 2006, XXV, № 5, с. 
  • Исмаилов Н.З., Гранкин К.Н. Синхронные UBVR фотометрические и спектральные наблюдения DI Цефея. Письма в АЖ, 2007, т.33, №2, с.133-138. 
  •  Н.З.Исмаилов, А.А.Алиева, Н.Х.Гулиев. Анализ кривой спектрального распределения энергии системы Т Tau. Азербайджанский АЖ, 2006, т.1.№3-4, с.19-23. 
  • Н.З.Исмаилов, А.А.Алиева, Н.Х.Гулиев. Изменение абсорбционного спектра Т Тельца. Азербайджанский АЖ.,2006, т.1.№3-4, с.23-29. 
  •  Н.З.Исмаилов, А.А.Алиева Спектр и блеск DI Cep в абсолютно слабом состоянии активности. Известия НАН Азерб.Серия физ.мат.и техн.наук.физика.астрономия, Элм, 2007, №5,с.179-186. 
  • Ismailov N.Z., Efendiyeva F.N Grankin K.N., Long-term photometric and spectral variations of DI Cep. Peremen.zvezdy, 2008, 28, No5, NAS RF
  •  Н.З.Исмаилов, А.А.Алиева, Н.Х.Гулиев. Переменность абсорбционного спектра звезд типа Т Тельца. Известия НАН Азербайджана. 2008, №5, С. 79-87.
  • Исмаилов Н.З., Алимарданова Ф.Н. Распределение энергии молодых звезд в области 0.36-100 мкм. Azərbaycan AJ, .2009, т.3, №3-4, с.17-28.
  • Ismailov N.Z., Shustarev P.N., Aliyeva A.A., Alimardanova F.N. A search for long period brightness variations of the T Tauri stars T Tau, DI Cep,  SU Aur. Astron.Reports 2009, v.53, No7, p. 643-650.
  • Исмаилов Н.З., Шустарев П.Н., Алиева А.А., Алимарданова Ф.Н. Поиск долгопериодических изменений блеска и спектра молодых звезд. Астрон. Журн. 2009, т.86, с.694-701.
  •  Исмаилов Н.З., Алимарданова Ф.Н., Распределение энергии молодых звезд в области 0.36-100 мкм. Кинем.физ.неб.тел, 2009. №6, 247-249.
  • Исмаилов Н.З., Гулиев Н.Х., Алимарданова Ф.Н., Халилов О.В. Квазипериодическая переменность эмиссионных линий в спектре Т Тельца. Azərbaycan AJ. 2009, с.т.4, №1-2, с.25-30.
  • Ismailov N. Z., Sustarev P.N., Quliev N. K., Khalilov O. V. Periodic variability in the emission spectrum of T Tauri Astron.Report.2010, v.54, p. 823-831.
  • Ismailov N.Z., Alimardanova F.N., Baheddinova G.R. Ultraviolet spectrum variability of BP Tau. Variably stars,  2010. Odessa, 16-21 august.
  • Ismailov N.Z., Khalilov O. V. Spectral observations of AB Aur. Variably stars,  2010. Odessa, 16-21 august.
  • Ismailov N.Z., Adygezalzade H.N. Spectral and photometric researches of the RY Tau Variably stars,  2010. Odessa, 16-21 august.
  • Исмаилов Н.З.,  Алимарданова Ф.Н.,  Источники излучения в окружении молодых звезд. “Fizikanın aktual problemləri”, Bakı. 20 Noyabr, 2010, s.23-24.
  • Ismailov N.Z.,Quliev N. K., Khalilov O. V. Emission spectrum variability of T Tau. M-ls conf. “Fizikanın aktual problemləri”, Bakı. 20 Noyabr, 2010.
  • Ismailov N.Z. Planet formation processes in the young stars. M-ls conf. “Fizikanın aktual problemləri”, Bakı. 20 Noyabr, 2010.[1][2]
  • Исмаилов Н.З. Нестационарные процессы в звездных атмосферах: молодые и химически пекулярные звезды.Элм, Баку, 2002, 205 стр. 
  • İsmayılov N.Z. Atmosferdənkənar astronomiya. BDU , Bakı, 2009, 200 səh. 
  • İsmayılov N.Z. Praktik Astrofizika. Dərs vəsaiti. "Bakı Universitet" nəşriyyatı, 2012, 178 s.[2]

Beynəlxalq təşkilatlara üzvlüyü

[redaktə | mənbəni redaktə et]
  • 1997-ci ildən Beynəlxalq Astronomiya İttifaqının
  • 1999-ci ildən Avropa Astronomiya Cəmiyyətinin
  • 1994-cu ildən Avrasiya Astronomiya Cəmiyyətinin
  • Şamaxı Astrofizika Rəsədxanasının nəşrləri olan «Sirkulyar ŞAO» və «Azərbaycan Astronomiya Jurnalı»nın redaksiya heyətinin üzvüdür.
  • Beynəlxalq Astronomy and Astrophysics jurnalının redaksiya heyətinin üzvüdür.[2]

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1979-1981 orta məktəbdə müəllim, İmişli və Şamaxı, Azərbaycan
  • 1981-1982 EHM operator və mühəndisi, BZZ, Bakı
  • 1982-1984 baş laborant, AMEA Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 
  • 1984-1988 kiçik elmi işçi, AMEA ŞAR
  • 1988-1990 elmi işçi, AMEA ŞAR
  • 1990-1994 böyük elmi işçi, AMEA ŞAR
  • 1994-1997 Moskva Dövlət Universiteti doktorantı 
  • 1997-1999 böyük elmi işçi, AMEA ŞAR
  • 1999-2003 Aparıcı elmi işçi, AMEA ŞAR. 
  • 2003-2007 Baş elmi işçi, AMEA ŞAR
  • 2007 professor, Bakı Dövlət Universiteti[1]
  • 2004-cü ildən BDU «Astrofizika» kafedrasında saathesabı müəllim kimi ixtisas fənlərindən dərs demişdir. 2007-ci ildə həmin kafedrada professor vəzifəsinə seçilmişdir. 
  • BDU Astrofizika kafedrasında «Astronomiya», «Praktik astrofizika», «Relyativistik obyektlər», «Göy mexanikası» , «Astrofizika» və s. ixtisas fənlərindən dərs demiş, diplom rəhbəri olmuşdur. Bir monoqrafiyanın və bir dərs vəsaitinin, 80 –a qədər elmi məqalənin müəllifidir; indiyə kimi 2 elmlər namizədi yetişdirmişdir. [2]

Yetişdirdiyi kadrlar

[redaktə | mənbəni redaktə et]
  • Doktorant: 3
  • Fəlsəfə doktoru: 6
  • Magistrant: 5[1]
  1. 1 2 3 4 5 6 "Arxivlənmiş surət". 2008-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  2. 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-31.