Nəriman Əliyev (rejissor)

Nəriman Ridvanoviç Əliyev (ukr. Наріма́н Рідьва́нович Алі́єв; 15 dekabr 1992[1], Petrovka[d], Krım Muxtar Respublikası) — krım-tatar əsilli Ukrayna kinorejissorussenari müəllifi. 2019-cu ildə ən yaxşı rejissor, ən yaxşı film nominasiyaları üzrə Ukraynanın Kinokolo[ukr.] mükafatına layiq görülmüşdür.

Nəriman Əliyev
ukr. Наріман Алієв
Doğum tarixi 15 dekabr 1992(1992-12-15)[1] (31 yaş)
Doğum yeri
Fəaliyyəti kinorejissor, ssenarist, montajçı[d]
Fəaliyyət illəri 2013-cü ildən
Təhsili
  • Kiyev Milli Teatr, Film və Televiziya Universiteti[d] (–2014)
Üzvlüyü
Mükafatları Ukraynanın əməkdar incəsənət xadimi
IMDb ID5854210
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ukraynanın əməkdar incəsənət xadimi (2020)[3].

Nəriman Əliyev 1992-ci ildə Krım Muxtar Respublikasının Krasnoqvardeysk rayonunun Petrovka kəndində anadan olmuşdur. 2009-cu ildə I–III səviyyələri üzrə 1 №-li Petrovsk tam orta məktəbini bitirmişdir. 2013-cü ildə "Ekran İncəsənəti İnstitutu" Özəl Ali Məktəbinin Televiziya və kino rejissorluğu ixtisası üzrə bakalavr diplomunu əldə etmişdir. 2014-cü ildə Karpenko-Kariy adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin televiziya rejissorluğu üzrə mütəxəssis diplomu əldə etmişdir. 2016-cı ildə "Sənsiz" qısametrajlı filmi Berlin Beynəlxalq Film Festivalının Büllur ayı nominasiyasında namizəd göstərilmişdi[4].

2017-ci ildən Ukrayna kinoakademiyasının[ukr.] üzvüdür[5].

2019-cu ildən Avropa kinoakademiyasının üzvüdür[6].

2019-cu ildən Ukrayna Oskar Komitəsi İctimai Şurasının üzvüdür[7].

Nəriman Əliyevin ilk tammetrajlı "Evə" filmi (2019) 72-ci Beynəlxalq Kann Kinofestivalının "Xüsusi baxış" proqramına daxil edilmişdi[8].

Xarici video
Nəriman Əliyevin filmlərinin treylerləri
«Evə» filminin YouTube platformasında yerləşdirilmiş treyleri
«Səni sevirəm» filminin YouTube platformasında yerləşdirilmiş treyleri

2020-ci ildən etibarən "Triumf" adlı yeni filminin üzərində hazırlıqlara başlamışdır[9].

  • 2013 — "Gün çıxanda qayıtmaq" (krım. Tan Atqanda Qaytmaq) — rejissor, ssenari müəllifi, operator, montaj, prodüser
  • 2013 — "Dima" — operator, montaj
  • 2014 — "Səni sevirəm" (krım. Seni Sevem) — rejissor, ssenari müəllifi, operator, montaj, prodüser
  • 2014 — "Qara" — montaj
  • 2014 — "Oğul" — operator
  • 2016 — "Sənsiz" (krım. Sensiz) — rejissor, ssenari müəllifi, operator, montaj, prodüser
  • 2019 — "Evə" — rejissor, ssenari müəllifi

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Rejissor qısametrajlı filmlərində yalnız qeyri-peşəkar aktyorlarla işləmişdir. Onların böyük qismi rejissorun qohumlarıdır[10].
  • Rejissorun valideynləri olan Ridvan Əliyev və Güljiyan Əliyeva onun bütün qısametrajlı filmlərinin prodüserləridir[11].
  • Rejissorun üç qısametrajlı filmi "Gün çıxanda qayıtmaq", "Səni sevirəm" və "Sənsiz" "Krım tarixçələri" trilogiyasının hissəsidir[12].
  • "Sənsiz" filmi 2010-cu ildə rejissorun avtoqəzada həlak olmuş qardaşı Yerfan Səlimova həsr edilmişdir[13].
  • Jan-Lük QodarVudi Allen kimi rejissorları bəyənir[10].
  1. 1 2 Nariman Aliev // https://www.adorocinema.com/personalidades/personalidade-871597/.
  2. 1 2 http://kinobuk.com/cine-process/nariman-aliev-efa/.
  3. "Про відзначення державними нагородами України з нагоди Дня Конституції України". www.president.gov.ua (ukrayna). 2020. 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  4. "Короткометражку Sensiz покажуть у Берліні". day.kyiv.ua (ukrayna). 20 yanvar 2020. 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  5. "Список членов Украинской киноакадемии" (PDF) (ukrayna). 2019-03-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-28.
  6. Sergey Vasilyev. "Український кінорежисер Наріман Алієв став членом Європейської кіноакадемії". http://kinobuk.com/ (ukrayna). 1 iyun 2019. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  7. "У Держкіно повідомили про початок формування Українського Оскарівського комітету". detector.media (ukrayna). 10 yanvar 2019. 2022-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  8. "Український фільм «Додому» візьме участь у конкурсі Каннського кінофестивалю". detector.media (ukrayna). 18 aprel 2018. 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  9. "Наріман Алієв працює над своїм другим фільмом «Тріумф»". detector.media (ukrayna). 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  10. 1 2 "Нариман Алиев: «Наибольший спрос на фильмы с украинскими реалиями»". detector.media (rus). 4 марта 2016. 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  11. "Якщо Ви уважно подивитеся титри, то побачите в кожному фільмі в графі «продюсери» одні й ті ж прізвища – це мої батьки". krymsos.com (ukrayna). 10 yanvar. 2017-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  12. "У Києві презентували сагу кримськотатарського режисера «Кримські історії»". ua.krymr.com (ukrayna). 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  13. "Нариман Алиев: Участие моего фильма в Берлинале – приятная неожиданность". https://qha.com.ua/. Archived from the original on 2016-08-16. İstifadə tarixi: 2021-02-28.