Nəriman Nərimanovun xatirə muzeyi — ictimai-siyasi xadim, publisist, dramaturq, müəllim, həkim, dövlət xadimi Nəriman Nərimanovun 1913–1918-ci illərdə ailəsi ilə birlikdə yaşadığı mənzildə açılmış muzey. 1977-ci il noyabrın 6-da keçmiş Nikolayevski küç.17-də (indi İstiqlaliyyət küç.55) yerləşən binanın 2-ci mərtəbəsində açılmışdır.[2]
Nəriman Nərimanovun ev-muzeyi | |
---|---|
Əsası qoyulub | 1977 |
Açılış tarixi | 6 noyabr 1977 |
Mövzu | Azərbaycan tarixi |
Ölkə | |
Yerləşir | Bakı, Azərbaycan |
Ünvan | İstiqlaliyyət küçəsi, 55[1] |
Direktor | Kamilə Paşa qızı Hüseynova |
Muzeyə yetişmək | M 1 İçərişəhər |
Telefon | (+99 412) 492-05-15 |
40°22′13″ şm. e. 49°49′34″ ş. u.HGYO | |
nerimanov.ev-muzeyi.az/a… | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin ekspozisiyası 4 otaqdan ibarətdir: yemək, həkim kabineti, qonaq və yataq otaqları. Bu otaqlarda nümayiş etdirilən eksponatlar N. Nərimanovun ictimai-siyasi, ədəbi, maarifçilik, həkimlik, publisistik, diplomatik və dövlət xadimi kimi fəaliyyətindən bəhs edir.[3]
Muzeyin fondunda beş mindən artıq müxtəlif eksponatlar, sənəd və materialların əsli, xatirələr, Nərimanovun ailəsinin genealogiyası və digər əşyalar qorunub saxlanılır.[6]