Nağıyev Nəriman İsrafil oğlu — Azərbaycan Tibb Universitetinin Uşaq xəstəliklərinin propedevtikası kafedrasının dosenti, tibb elmləri namizədi.
Nəriman Nağıyev | |
---|---|
Nəriman İsrafil oğlu Nağıyev | |
Doğum tarixi | |
Elmi dərəcəsi | tibb elmləri namizədi |
Elmi adı | dosent |
Mükafatları | , "Əməkdar müəllim" |
Nəriman Nağıyev 1939-cu ildə Qərbi Azərbaycanda - indiki Ermənistan Respublikasının Spitak rayonunda anadan olmuşdur. O, 1956-cı ildə Spitak rayonunun Saral kənd orta məktəbini bitirmişdir.
1956-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstititunun Pediatriya fakültəsinə daxil olmuş və həmin fakültəni 1962-ci ildə "Fərqlənmə" diplomu ilə bitirmişdir. Təhsil aldığı illərdə Bakı şəhərində orta tibb işçisi vəzifəsində işləmişdir.
Tibb İnstitutunu bitirdikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təyinatı ilə Zəngilan və Daşkəsən rayonlarında praktiki səhiyyədə çalışmışdır. O, əvvəlcə həkim, sonra uşaq xəstəlikləri şöbəsinin müdiri və rayonun baş pediatrı vəzifəsində çalışmışdır.
Nəriman Nağıyev 1967-1969-cu illərdə müalicə profilaktika fakultəsinin uşaq xəstəlikləri kafedrasının kliniki ordinatoru olmuş və o müddətdə praktiki həkimliklə yanaşı, akademik Ə.A.Namazovanın rəhbərliyi altında elmi-tədqiqat işi aparmışdır.
Nəriman Nağıyev 1973-cü ildə "Uşaqlarda revmatizm zamanı lipid mübadiləsinin göstəriciləri və onların hormon-dərman müalicəsi təsirindən dinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. İlk dəfə olaraq kompleks şəkildə lipid mübadiləsi göstəricilərini sağlam və revmatizm xəstəliyi olan uşaqlarda öyrənmişdir. Alının nəticələrin böyük elmi praktiki əhəmiyyət daşıdığı aydınlaşdırılmışdır. Eyni zamanda lipid mübadiləsi göstəricilərinin sağlam uşaqlarda alınan nəticələri normativ kimi istifadə olunur.
Nəriman Nağıyev Kliniki ordinaturanı bitirdikdən sonra az müddət professor Ə.A.Qarayev adına uşaq kliniki xəstəxanasında işləmişdir.
O, 1970-ci ildə uşaq yoluxucu xəstəliklər kafedrasında assistent vəzifəsinə seçilmiş və 1982-ci ilə kimi həmin vəzifədə çalışmışdır. 1982-ci ildə uşaq xəstəliklərinin prpedevtikası kafedrasının dosenti vəzifəsinə seçilmiş və hazırkı vaxta kimi həmin kafedrada çalışır. 2-ci Moskva Tibb Akademiyası və Sankt-Peterburq Pediatriya İnistititunda təkmilləşmə kursları keçmişdir.
Pediatriyanın aktual problemlərinə həsr edilmiş 60-a yaxın çap edilmiş elmi işlərin, dərs və metodik vəsaitlərin müəllifidir.
Kafedrada pedoqoji, elmi müalicə işi ilə yanaşı, Tibb Universitetinin ictimai həyatında da aktiv iştirak edir. O, ATU-nun Böyük Elmi Şurasının, Mərkəzi Metodik Şuranın üzvüdür. Əvvəlcə pediatriya fakultəsində dekan müavini, 1996-cı ildən hazırkı vaxta kimi fakultə dekanı vəzifəsində işləyir.
Nəriman Nağıyev səmərəli elmi-pedoqoji və ictimai fəaliyyətinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülmüş, "Tərəqqi" medalı[1] və çox saylı diplom və fəxri fərmanlarla təltif olunmuşdur.