Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. (aprel 2024) |
Qasımzadə Nəriman Qasım oğlu — şair, tərcüməçi, şərqşünas-alim.
Nəriman Qasımoğlu | |
---|---|
Doğum tarixi | 26 dekabr 1956 (67 yaş) |
Doğum yeri | |
Atası | Qasım Qasımzadə |
Elmi dərəcələri | |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | Ələsgər Məmmədov |
Üzvlüyü |
|
Nəriman Qasımoğlu 1956-cı il dekabrın 26-da Bakıda doğulmuşdur. Hüseyn Cavid adına 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Universitinin (BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu (1979) ilə bitirmişdir.
Yəməndə (1977–1978) və Liviyada (1980–1982) ərəb dili üzrə mütərcim, BDU-da müəllim (1979–1980), Azərbaycan Dövlət Teleradiosunun xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor (1979–1980), Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi (1983–1989), SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984–1986), Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri (1989–1992) vəzifələrində, ABŞ-nin Corctaun Universiteti (2003–2004), Macarıstanın Mərkəzi Avropa Universitetində (2006–2007), ABŞ-nin Kaliforniya Dövlət Univerisiteti (2009)və Harvard Universitetində (2012–2013) elmi araşdırmaçı qismində çalışmışdır. Hazırda ADA Universitetinin professorudur.
ABŞ, Braziliya, Almaniya, İngiltərə, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda fərdi elmi və bədii yaradıcılıqla məşğuldur.
1987-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 80-ci illərdəki Bakıda və Moskvada elmi fəaliyyəti Yaxın Şərq probleminə həsr etdiyi onlarla məqalədə və bir monoqrafiyada əksini tapmışdır.
1970-ci illərdən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır. İlk mətbu yazısı ərəbcədən tərcümə etdiyi uşaq hekayələri ("Göyərçin" jurnalı, 1973) olmuşdur. Fəal poetik yaradıçılığa 1980-ci illərdən başlamışdır. İlk şeirləri "Yaşıl budaqlar" (Bakı, Gənclik, 1982) almanaxında dərc edilmişdir. Şeirləri daha sonra Azərbaycanın ədəbi qəzet və jurnallarında, xaricdə — Türkiyə, İran, Suriya, İraqda çap olunmuşdur.
Quran-i Kərimin Azərbaycan dilinə bədii tərcüməsinin müəllifidir.
1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Evlidir. 1 oğlu və 1 qızı var. Şair Qasım Qasımzadənin oğludur.
Nəriman Qasımoğlu Azərbaycan Xalq Cəbhəsi üzvü olmuş, daha sonra isə Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərmiş, Partiya sədrinin müavini olmuş, Partiya Ali Məclisinin Rəyasət Heyətində təmsil olunmuşdur.[1] O, daha sonra partiyadan istefa vermiş və siyasətdən uzaqlaşmışdır.[2]