Nərimanovlar — Azərbaycan xalqının soylarından biri.
Nərimanovlar | |
---|---|
Titul | Bəy |
Mənşəyi | Tiflis |
Təbəəliyi | Kaxeti çarlığı, Rusiya imperiyası |
Nərimanovun böyük qardaşı Salman Nərimanov xatirə dəftərində yazırdı ki, ulu babamız Nəriman XVII əsrdə Kaxetiya valisi I İraklinin sarayında “sabitqədəm” eşikğası olmuşdur.
Kərbəlayı Nəcəfin atası Allahverdi bəy XIX əsrdə Zaqafqaziyada tanınmış musiqi xadimlərindən idi. Şərq musiqi alətlərində ustalıqla ifa edirdi. Allahverdi bəy Azərbaycan, gürcü mahnılarını məharətlə oxuyardu. O, gürcü şairi Nikolos Barataşvilinin atası ilə dost, Aleksandr Çavçavadze və Qriqol Orbeliani ilə şəxsən tanış idi. Şair Qriqol Orbeliani Allahverdi bəyin bütün Gürcüstanda məşhur tarzən olduğunu öz müxəmməsində qeyd etmişdir.Şahzadə İohan isə “Kalmasoba” dastanında şah İohan Xelaşvilinin Gürcüstanda Şulaver kəndində şahanə bir məclisdə məşhur tarzən-xanəndə Allahverdi bəylə görüşdüyünü məhəbbətlə qələmə almışdır. Şah İohan Allahverdi bəyin məlahətli səsinə və məlahətlə tar çalmasına heyran qalmışdır. II İrakli Allahverdi bəyin bu xidmətlərini yüksək qiymətləndirmiş və ona bəyzadəlik mənsəbi vermişdir. Allahverdi bəy Tif lisin ən uca və görkəmli yerində, Kürün sağ sahilindəki dağın döşündə özünə xüsusi zövqlə ikimərtəbəli ev tikdirmiş və ömrünün axırına kimi bu mülkdə yaşamışdır. (Hal-hazırda həmin ev aparılan rekonstruksiya işləri ilə əlaqədar uçurulmuş, Allahverdi bəyə məxsus sandıq, xəncər, qədim kitablar, sənədlər və digər əşyalar isə yoxa çıxmışdır.)
Sonralar bu ata-baba mülkü Kərbəlayı Nəcəfə qalmışdır. Kərbəlayı Nəcəf tiflisli Hacı Məhəmmədqasım Zamanovun qızı Həlimə xanım ilə evlənmiş və onların doqquz övladı olmuşdur: Salman, Mərziyə, Rza, Rizvan, Fatma, Səkinə, Rizvan (ölən uşağın adı verilib), Nəriman, Zöhrabanu.[1]