Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 49 gün əvvəl Samral (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Nərmin Knyaz (18 iyun 1992, Bərdə) — Azərbaycanlı radio və televiziya aparıcısı[1][2], iş qadını[3], səs aktyoru[4] və influnser[5][6].
Nərmin Knyaz | |
---|---|
Nərmin Aydın qızı Knyaz | |
| |
Doğum tarixi | 18 iyun 1992 (31 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Dini | İslam |
Təhsili | |
Fəaliyyəti | aparıcı, influnser, jurnalist |
O, İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) tərəfindən qəbul edilən “1 şəhər və 24 saat” proqram formatının yaradıcısıdır və hazırda çəkiliş planlaması ilə məşğul olub, verilişin aparıcısıdır. Bundan əlavə, 2021-ci ildən “61!” verilişinin aparıcısıdır. Bu məşhur “Jeopardy!” oyununun lisenziyalı versiyası olan və İTV-də yayımlanan televiziya şousudur. Nərminin ikinci proqram formatı olan “Tərzi-Məkan” adlı yeni verilişi də İTV tərəfindən qəbul edilərək yayımlanmağa başlanılıb.
Hal-hazırda “Tərzi-Məkan”, “1 şəhər və 24 saat” kimi TV proyektlərin və bir sıra reklam çarxlarının çəkilişi ilə məşğul olan "Filmabe Entertainment" şirkətinin qurucusu və rəhbəridir.
2013-cü ildə Azərbaycanda ilk dəfə keçirilən “No Smoking” Film Festivalında rejissoru olduğu “Məhkum” qısametrajlı filminə görə Qran-pri mükafatına layiq görülüb.
Mediapost İnformasiya Agentliyində layihə meneceri və aparıcı kimi çalışıb, burada onlayn TV üçün şouları idarə edib, xəbərlər və podkastlar təqdim edib. O, həmçinin 2014-2016-cı illərdə Araz 103.3 FM-də radio aparıcısı kimi çalışıb və bir neçə radio verilişləri üçün öz ideyalarını təqdim edib.
2020-ci ildən qurucularından biri olduğu "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin üzvüdür.
İnflunser olaraq bir çox yerli və beynəlxalq brendlərin reklam çarxlarında çəkilib. Eyni zamanda bir çox brendlərin reklam çarxlarını səsləndirir.
Nərmin Aydın qızı Knyazlı 18 iyun 1992-ci ildə Azərbaycanın Bərdə şəhərində doğulub boya-başa çatıb. Bərdə şəhər Xan Şuşinski adına 3 saylı musiqi məktəbinin piano ixtisası üzrə 7 illik təhsili var. Bərdə şəhər Nəriman Nərimanov adına orta məktəbi bitirib. 2010–2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Biologiya fakültəsində bakalavr dərəcəsində ali təhsil alıb.
2013-cü ildə Azərbaycanda ilk dəfə keçirilən "31 may – Ümumdünya Tütünsüz Günü"nə həsr olunmuş "No Smoking" Film Festivalında[7] iştirak edib. 27 may 2013-cü ildə Bakıda, "Lake Palace" otelində açılış gecəsi keçirilən tədbirdə Tütünlə Mübarizə üzrə Milli Koalisiyanın üzvləri olan dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatları, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Addım” Yaradıcı Gənclər Assosiasiyasının nümayəndələri, həmçinin ölkənin tanınmış simaları iştirak ediblər. N.Knyaz rejissoru olduğu “Məhkum” qısametrajlı filminə[8] görə bu festivalda qalib olaraq Qran-pri mükafatına layiq görülüb. 2014-cü ildə “Addım” GT-nin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, A.R. Gənclər və İdman Nazirliyinin, İSİM-in dəstəyi ilə həyata keçirdiyi 2-ci “No Smoking” film festivalının 17 iyun 2014-cü ildə "Park Cinema"da keçirilən final gecəsində festivalın baş mükafatını ötən il bu müsabiqənin qalibi kimi Nərmin Knyazlı təqdim edib.[9][10]
2014-2016-cı illərdə Araz 103.3 FM-də radio aparıcısı kimi çalışıb və bir neçə radio verilişlərinin layihə rəhbəri olub. 2019-cu ildən onun müəllifi və aparıcısı olduğu İctimai TV-də "1 şəhər və 24 saat" adlı veriliş layihəsi yayımlanır.[11][12]
2020-2021-ci illərdə "Mediapost İnformasiya Agentliyi"ndə layihə meneceri və aparıcı kimi çalışıb, burada onlayn TV üçün şouları idarə edib, xəbərlər və podkastlar təqdim edib. 2020-ci ildə Bakıda, “Holiday Inn” otelində təşkil olunan brifinqdə “Davam” Ümumrespublika Gənclər Hərəkatının təsisçilərindən biri olub. Təşəbbüs Qrupunun hər bir üzvü Azərbaycan gəncliyini bu hərəkatda konkret istiqamət üzrə təmsil edir. Belə ki, Nərmin Knyaz sosial şəbəkələrdə fəal olan Azərbaycan gənclərinin təmsilçisi kimi çıxış edir.[13] Həmçinin hərəkatın İdarə Heyətinin üzvüdür.[14]
25 sentyabr 2021-ci ildən Nərminin ikinci proqram formatı olan “Tərzi-Məkan” adlı yeni verilişi də İTV tərəfindən qəbul edilərək yayımlanmağa başlanılıb. 29 sentyabr 2021-ci ildən məşhur “Jeopardy!” oyununun lisenziyalı versiyası olan[15], İctimai Televiziyada yayımlanan “61!” verilişinin aparıcısıdır.[16]
2021-ci ildə TV layihələrin və bir sıra reklam çarxlarının çəkilişi ilə məşğul olan “Filmabe Entertainment” şirkətini qurub.