Nəsib Cəfər oğlu Quliyev (1951, Aşağı Şorca, Basarkeçər rayonu – 24 aprel 2024[1], Abşeron rayonu və ya ölüm səbəbi[d]) — Tibb elmləri doktoru, professor. K. Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun sabiq direktoru, 2007-ci ildən Türk Dünyası Pediatriya Birliyinin prezidenti[2].
Nəsib Quliyev | |
---|---|
Nəsib Cəfər oğlu Quliyev | |
Doğum tarixi | 1951 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı,Azərbaycan |
Vəfat səbəbi | Odlu silahdan İntihar |
Dəfn yeri | |
Elmi dərəcəsi | Tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | ET Pediatriya İnstitutunun direktoru |
Təhsili |
|
Mükafatları |
Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub.1965-ci ildə kənd 8 illik məktəbini,1967-ci ildə isə qızıl medalla Daşkənd kəndi orta məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, əvvəlcə həkim-ordinator, kiçik elmi işçi vəzifəsində işləmişdir.1977-ci ildə aspiranturaya daxil olaraq 1981-ci ildə Moskvada namizədlik və 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1992-ci ildən professor və ATU Uşaq Xəstəlikləri kafedrasının müdiri seçilib. 1994-cü ildən hal-hazıra qədər Səhiyyə Nazirliyi K. Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsində işləyir. Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisidir. 2000-ci ildən əməkdar elm xadimidir. 2007-ci ildə Türk Dünyası Pediatriya Birliyinin prezidenti seçilib.
Nəsib Quliyev 500-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 5 nəfər elmlər namizədi və 1 nəfər elmlər doktoru müdafiə etmişdir.
Ailəlidir, 3 övladı var.
24 aprel 2024-cü ildə Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə intihar edib.[3] Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.[4]