NAND elementi

NAND məntiqi cədvəli
Giriş Çıxış
A B
0 0 1
0 1 1
1 0 1
1 1 0
4 NAND elementindən ibarət olan TTL 7400 çipi. İki əlavə enerji (+5 V) və obyektlə əlaqə sıxacları

NAND elementi (İNKAR AND və ya NOT AND) — Rəqəmli elektronikada,yalnız bütün girişlər 1 (true) olanada, çıxışdakı məlumat 0 (false) alınan məntiqi element. Əgər hər iki giriş elementləri yalnız maxsimum 1 olarsa,nəticədə çıxış minimum-0 alınar. Əgər bir və ya hər iki giriş minimum 0 olarsa, nəticədə çıxış maxsimum-1 alınar. Bu tranzistorlarda istifadə edilir.

NAND elementləri əhəmiyyətlidir, çünki istənilən Bul funksiyası NAND elementlərinin kombinasiyasından istifadə edilərək yerinə yetirilə bilər.Bu xüsusiyyət funksional tamlıq adlanır. NOT(a1 AND a2 AND … AND an)funksiyası NAND(a1, a2, …, an) funksiyasının ekvivalentidir.

NAND elementləri üçün 3 simvol var. MIL/ANSI simvolu, the IEC simvolu və DIN simvolu.

MIL/ANSI simvolu IEC simvolu DIN simvolu

Təhcizat təsviri və pinout

[redaktə | mənbəni redaktə et]

NAND elementləri əsas məntiqi elementlərdir və onlar TTLCMOS İnteqral sxemlərdə tanınırlar.

NAND elementlərinin funksional tamlıqlarının xüsusiyyətləri var.Yəni ki,istənilən başqa məntiqi funksiyalar (AND,OR, və s.) yalnız NAND elementlərindən istifadə edərək yerinə yetirilə bilər.Tam prosessor tək NAND elementlərindən istifadə edilərək yaradıla bilər.

NMOS NAND elementi
CMOS NAND elementi
TTL NAND elementi
CMOS NANDin fiziki sxemi
NXP yarımkeçiricilər tərəfindən istehsal olunmuş 74AHC00D dördbucaq 2-giriş NAND elementinin Die inteqral sxemi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]