DIN

Azərbaycan Respublikası Daxili İşlər NazirliyiAzərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın daxili işlər naziri Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir.

Daxili İşlər Nazirliyi
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
(DİN)
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 18 oktyabr 1991
Əvvəlki qurum Azərbaycan SSR Daxili İşlər Nazirliyi
Tabelik Azərbaycan Prezidenti
Baş qərargah Bakı Bakı
Ünvan Azərbaycan prospekti 7
Rəhbərlik
Nazir Vilayət Eyvazov
Nazirin birinci müavini Seyfulla Əzimov
Nazir müavinləri Oqtay Kərimov
İsmət Əliyev
Şahin Məmmədov
Fazil Quliyev
Rəsmi saytı mia.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.[1]

Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində (Rusiya İmperiyasında mövcud olmuş polis sistemi əsasında[2]) yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi.

18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.[3]

Polis daxili işlər nazirliyi yanında fəaliyyət göstərən əsas hüquq-mühafizə orqanıdır. Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycanın ən qədim polis idarəsidir. 1828-ci ildə Azərbaycanın Rusiya imperiyasına birləşdirilməsindən sonra ərazidə komendantlıq qurulmuşdur. 10 aprel 1840-cı ildə Bakıda Rusiya İmperiyası Daxili İşlər Nazirliyinə tabe olan bir polis idarəsi quruldu. Bakı Şəhər Polis İdarəsi fəaliyyətə 1 yanvar 1841-ci ildə başladı. 7 mart 1917-ci il tarixində Bakı İşçi Deputatları Sovetinin İcraiyyə Komitəsinin nəzdində Bakı Şəhər Milisiyası quruldu. 13 noyabrda Bakıda polis ləğv edildi və Bakı Soveti bunun əvəzinə Sovet milisi təşkil etmək qərarına gəldi.

Gəncə Polis İdarəsi 2011-ci ildən fəaliyyət göstərir.[4] Milli Polis ayrıca Naxçıvan Muxtar Respublikasında Naxçıvan Şəhər Polis Şöbəsi vasitəsilə hüquq-mühafizədən cavabdehdir.[5][6] İkinci Qarabağ müharibəsindən sonra Şuşa Polis Şöbəsi Tərtərdən Şuşaya geri köçürüldü.[7][8] Kəlbəcər rayonunda da bir polis şöbəsi yaradıldı.[9]

2 iyul Azərbaycan Polisi Günü kimi qeyd olunur. Azərbaycan polisinin 100 illik yubileyində Dövlət Musiqili Komediya Teatrının solisti Səməd Xasıyevin ifasında Aydan Əliyevanın bəstələdiyi marş yayımlanmışdır..[10][11][12]

Daxili Qoşunlar

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Daxili Qoşunları, Daxili İşlər Nazirliyinə tabe olan jandarmeriyadır.[13] Daxili Qoşunlar ictimai asayişi bərpa etmək, daxili silahlı qarşıdurmaları yatırmaq və mühüm obyektləri qorumaq üçün istifadə olunur. Müharibə zamanı Daxili Qoşunlar Azərbaycan Quru Qoşunlarına tabe olur. 12 Mart "Daxili Qoşunlar Günü" olaraq qeyd olunur.

Təhsil müəssisələri

[redaktə | mənbəni redaktə et]

Polis Akademiyası Azərbaycan Daxili İşlər Xalq Komissarlığının qərarı ilə 1921-ci ildə adi milis və komandirləri hazırlayan bir məktəb kimi yaradıldı. 1936-cı ilə qədər Bakıda fəaliyyət göstərdi. 1936-cı ildən Mərdəkan qəsəbəsinə köçürülmüşdür. 1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-nin Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. Məktəbdə təhsil müddəti iki il müəyyən edilmişdi.

1957–1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda – Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı.

Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Daha sonra Akademiyaya I dərəcəli kateqoriya verildi.[14]

Daxili Qoşunların Ali Hərbi Məktəbi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinin bazasında yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli Fərmanı ilə Ali Hərbi Məktəbin Nizamnaməsi təsdiq edilmişdir.

Daxili Qoşunların Ali Hərbi Məktəbi ali xüsusi hərbi təhsilli kadrların hazırlanmasını, zabit və gizirlərin ixtisaslarının artırılmasını və elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir. Daxili Qoşunların Ali Hərbi Məktəbi "Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi" ixtisası üzrə kadrların hazırlanmasını həyata keçirir. Ali Hərbi Məktəbdə tədris Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun keçirilir. Təhsil müddəti dörd ildir.

Beynəlxalq əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Daxili İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, ATƏT, Avropa Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı və Beynəlxalq Qırmızı Xaç Təşkilatı və digər beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq əlaqələri saxlayır.

Nazirlik həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü ilə sıx əməkdaşlıq edir.

Nazirliyin strukturu aşağıdakı kimidir:[15]

  • Katiblik (baş idarə səlahiyyətli)
  • Baş Təşkilat-İnspeksiya İdarəsi
  • Növbətçi Hissələri İdarəetmə Xidməti (idarə səlahiyyətli)
  • Baş Cinayət Axtarışı İdarəsi
  • Baş İstintaq və Təhqiqat İdarəsi
  • Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
  • Baş Narkotiklərlə Mübarizə İdarəsi
  • Daxili Təhlükəsizlik İdarəsi
  • Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş İdarəsi
  • İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi
  • Kriminalistik Tədqiqatlar İdarəsi
  • Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi
  • Baş İctimai Təhlükəsizlik İdarəsi
  • Daxili Qoşunların Baş İdarəsi
  • Nəqliyyatda Baş Polis İdarəsi
  • Baş Dövlət Yol Polisi İdarəsi
  • Baş Mühafizə İdarəsi
  • Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi
  • Səfərbərlik İşləri və Mülki Müdafiə İdarəsi
  • Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu (baş idarə səlahiyyətli)
  • Baş Kadrlar İdarəsi
  • Daxili Təhqiqatlar İdarəsi
  • Şəxsi Heyətlə İş İdarəsi
  • Beynəlxalq Əməkdaşlıq İdarəsi
  • Baş İnformasiya-Kommunikasiya İdarəsi
  • Mətbuat Xidməti (idarə səlahiyyətli)
  • Maliyyə-Plan İdarəsi
  • Maddi-Texniki Təminat Baş İdarəsi
  • Tibb İdarəsi
  • Komendant Xidməti (idarə səlahiyyətli)
  • İdman Cəmiyyəti (idarə səlahiyyətli)
  1. "Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı". Azərtac. 2022-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
  2. История Азербайджана с древнейших времён до первых десятилетий 21 века Учебник для ВУЗов. Баку: Baku Universiteti. Абдуллаев М. 2016. 221.
  3. "Ministry of Internal Affairs of Azerbaijan. Historic background of the MIA". 2018-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-24.
  4. "Gəncə şəhər polis idarəsi". www.mia.gov.az (az.). 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-20.
  5. "Azerbaijan | OSCE POLIS". polis.osce.org. 25 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2021.
  6. "Naxçıvan MR DİN". www.mia.gov.az. 25 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2021.
  7. "Police Department Established in Shusha". www.turan.az. 2020-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-20.
  8. "Ministry of Internal Affairs on opening police station in Shusha". azeridaily.com. 2020-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-20.
  9. "Azerbaijan creates police department in Kalbajar district [PHOTO]". AzerNews.az (ingilis). 2020-12-09. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-20.
  10. yeniavaz.com. "Azərbaycan polisi haqqında marş yazılıb – VİDEO". www.yeniavaz.com (ingilis). 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  11. "Azərbaycan polisi haqqında marş yazıldı". www.islahat.az (az.). 2020-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  12. "Azərbaycan polisi haqqında marş yazılıb – VİDEO". BAKU.WS – Azərbaycanın xəbər saytı (rus). 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  13. "Today.Az – Interior Troops are not subordinate to Ministry of Emergencies". today.az. 2012-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  14. "Polis Akademiyası". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
  15. "DİN-in strukturu". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]