NGC 6744

NGC 6744, Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Tovuz bürcü istiqamətində yerləşir. SBbc tipli qalaktikadır. Ceyms Dunlop tərəfindən 1826-cı ildə 22.86 sm (9 düymə) ölçülü reflektor vasitəsilə kəşf edilmişdir.[8]

Qalaktika
NGC 6744
Tədqiqat tarixi
Kəşf edən Ceyms Dunlop
Kəşf tarixi 1826
İşarələmə PGC 62836 • ESO 104-42 • AM 1905-635 • IRAS 19050-6354
Müşahidə məlumatları
(J2000 dövrü)
Bürc Tovuz
Birbaşa çıxma 19s 9d 46.1san[1]
Meyl -63° 51′ 19″[1]
Görünən ölçüləri 20.10 x 12.9[2]
Görünən ulduz ölçüsü mV 8,25[3]
Xüsusiyyətləri
Tipi SBbc
Radial sürəti 841 km/san[4][5][…]
Qırmızıya sürüşmə 0,002805 ± 0[6]
Məsafə 9,51 Mpk[7]
Səth parlaqlığı 14.4[2]
Verilənlər bazalarında məlumat
SIMBAD NGC 6744
Vikidatada məlumat ?
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Əkiz bacısı"

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Süd Yolu

Astronomlar Yer kürəsindən 30 milyon işıq ili uzaqlıqda olan bu qalaktikanı Süd Yolunun "əkiz bacısı" adlandırır. Ölçüsünə görə Süd Yolu qalaktikasından 2 dəfə böyük olan NGC 6744 qalaktikası struktur cəhətdən Süd Yolu qalaktikasına çox oxşardır. Onun da Süd Yolu qalaktikasında olduğu kimi dartılmış mərkəzi sahəsi və dəqiq təsvir olunmuş spiral "caynaqları" var. Həmçinin onda ulduzların yaranma sahələri açıq-aydın görsənir. Bundan əlavə NGC 6744 qalaktikasının qonşuluğunda Süd Yolu qalaktikasına peyki olan Magellan dumanlığına bənzər kiçik peyk qalaktika yerləşir[9].

  1. 1 2 "SIMBAD". NGC (İngiliscə).
  2. 1 2 "NASA/IPAC Kosmik Qalaktikanın Verilənlər Bazası". NGC obyekti üçün NED nəticələri (İngiliscə).
  3. SIMBAD Astronomical Database.
  4. Crook A. C., Huchra J. P., Martimbeau N., Jarrett T., Macri L. M. Groups of Galaxies in the Two Micron All Sky Redshift Survey (ing.). // The Astrophysical Journal Letters IOP Publishing, 2007. Vol. 655, Iss. 2. P. 790–813. ISSN 2041-8205; 2041-8213 doi:10.1086/510201 arXiv:astro-ph/0610732
  5. Tully R. B., Courtois H. M., Sorce J. G. Cosmicflows-3 (ing.). // Astron. J. / J. G. III, E. Vishniac NYC: IOP Publishing, AAS, University of Chicago Press, AIP, 2016. Vol. 152, Iss. 2. P. 50. ISSN 0004-6256; 1538-3881 doi:10.3847/0004-6256/152/2/50 arXiv:1605.01765
  6. Vaucouleurs G. d., De Vaucouleurs A., Corwin J. R., Buta R. J., Paturel G., Fouque P. Third Reference Catalogue of Bright Galaxies, Version 9 (ing.). NYC: Springer Science+Business Media, 1991.
  7. Karachentsev I. D., Kaisina E. I., Kashibadze O. G. The Local Tully-Fisher relation for dwarf galaxies (ing.). // Astron. J. / J. G. III, E. Vishniac NYC: IOP Publishing, AAS, University of Chicago Press, AIP, 2017. Vol. 153. P. 6–6. ISSN 0004-6256; 1538-3881 doi:10.3847/1538-3881/153/1/6 arXiv:1611.02574
  8. "NGC/IC Verilənlər bazası". NGC (İngiliscə).
  9. Astronomlar bizim qalaktikanın əkizini tapdılar. elmipress.com Arxivləşdirilib 2011-10-09 at the Wayback Machine  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]