Nasional Sosialist Sürücülər Korpusu (almanca: Nationalsozialistisches Kraftfahrkorps, NSKK) 1931-ci ildən 1945-ci ilə qədər fəaliyyət göstərmiş olan Nasional Sosialist Alman Fəhlə Partiyasının yarımhərbitəşkilatı idi. Bu təşkilat 1930-cu ilin əvvəllərindən etibarən fəaliyyət göstərmiş olan keçmiş Nasional Sosialist Avtomobil Korpusunun varisi kimi yaradılmışdır.
Təşkilat, həm də Nasional Sosialist Motor Korpusu adı ilə də tanınırdı. 1934-cü ildə təşkilatın rəhbərliyinə Adolf Hühnlein gətirilmişdir. 1942-ci ildəki Hühnleinin ölümündən sonra isə Ervin Krauss Korpsführer (Korpus Rəhbəri) vəzifəsinə gətirilmişdir.
Nasional Sosialist Sürücülər Korpusu əvvəllər NSDAP təşkilatlarının və Sturmabteilungun(SA) mühərrikli korpus bölməsi kimi yaradılmışdır. 1934-cü ildə onun artıq təxmini olaraq on min nəfər üzvü var idi və o SA-dan ayrılaraq müstəqil bir təşkilata çevrilir. Qısa müddətdən sonra isə SA, Uzun bıçaqlar gecəsi zamanı kütləvi təmizlənməyə məruz qalmışdır.
NSKK-nın əsas məqsədi üzvlərinə avtomobil sürmə bacarıqlarını öyrətməkdən ibarət idi. Əsasən motosikletlərə və avtomobillərə yüksək performanslı texniki qulluq üsulları öyrədilirdi. 1930-cu illərin ortalarında isə artıq NSKK müasir Amerika Avtomobil Assosiasiyası və ya Britaniya Avtomobil Assosiasiyası ilə müqayisə edilə biləcək səviyyədə yolkənarı yardım fəaliyyətləri göstərirdi.
NSKK üzvlüyünə sürücülük biliyi və ya sürücülük vəsiqəsi olmayan şəxslər qəbul edilirdi. NSKK tərəfindən verilmiş olan təhsil hər hansısa bir məlumatların çatışmazlığının kompensasiyası məqsədi daşımışdır. NSKK təlimləri irqi doktrinaya müvafiq olaraq, yalnız Aryan irqinin tələblərinə cavab verən şəxslərə göstərilirdi. NSKK özünəməxsus sistemi olan Paramilitar təşkilata çevrilmişdi.
1939-cu ildə İkinci Dünya müharibəsinin başlaması ilə Nasional Sosialist Sürücülər Korpusu işə götürmək üçün Vermaxtı hədəfə çevirmişdir.
1945-ci ildə NSKK ləğv edilmiş və Nürnberq Tribunalında cinayət təşkilatı kimi elan edilmişdir.