"Uzun bıçaqlar gecəsi" (alm. Nacht der langen Messer), və ya Röm qiyamı (alm. Röhm-Putsch) — Adolf Hitlerin SA hücum qruplarının bəzi rəhbərlərinə qarşı 30 iyun 1934-cü ildə tutduğu divan. Əməliyyatın kod adı "Kolibri"dir (alm. Unternehmen Kolibri). Təzyiqin səbəbi Ernst Römün başçılıq etdiyi hücum dəstələrinin dövlət çevrilişinə hazırlıq etməsi şübhələrinin olması idi.