“NSV” SSRİ mənşəli ağır pulemyot olub 12.7 mm-lik kalibrə sahibdir. Adını konstrukturlarının baş hərflərindən, yəni G. I. Nikitin (Г. И. Никитин), Y. S. Sokolov (Ю. М. Соколов) və V. I. Volkov (В. И. Волков) adlarından almışdır. 1971-ci ildə SSRİ ordusu tərəfindən silahlanmaya qəbul edildikdən sonra, T-64, T-72, T-80 tanklarının üzərinə quraşdırılmış və istifadə edilmişdir. Rus ordusu tərəfindən Kord pulemyotlarının üzərində ciddi surətdə çalışmalara başlanıldıqdan sonra, NSV pulemyotları mərhələ-mərhələ xidmətdən çıxardılmağa başlanılmışdırlar. SSRİ dağıldıqdan sonra, Qazaxıstanda lisenziya altında müəyyən qədər istehsal edilmişdirlər. Qazaxıstandan başqa, Bolqarıstan, Hindistan, Polşa və Yuqoslaviyada da, lisenziya ilə müəyyən sayda istehsal edilmişdir. 12.7x108 mm-lik sursatdan istifadə edən pulemyotun kalibri 12.7 mm olub dəqiqədə 700-800 mərmi ata bilir. 1.5 km-ə dək olan hava hədəflərinə və 2 km-ə dək olan yer hədəflərinə bu silahdan təsirli atəş açmaq mümkündür.
NSV | |
---|---|
| |
Tipi | Ağır pulemyot |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1971 |
İstifadə edilən döyüşlər | Əfqanıstan müharibəsi (1979-1989), Qarabağ müharibəsi,Körfəz müharibəsi, İraq müharibəsi (2003-2011), Rusiya-Gürcüstan müharibəsi (2008), Əfqanıstan vətəndaş müharibəsi (1996-2001) |
İstehsal tarixçəsi | |
Konstruktor | G.I. Nikitin, Y.S. Sokolov, V.I. Volkov |
Konstruksiya tarixi | 1969 |
İstehsalçı | 1969 |
Xüsusiyyətləri | |
Ağırlığı |
25 kg (sadəcə top) 41 kg (3 ayaqlı ştativ ilə birlikdə) 11 kg (sadəcə 50 mərmilik güllə qayışı) |
Uzunluğu |
|
1560 mm | |
Vikianbarda əlaqəli mediafayllar |
NSV saniyədə 13 dəfə atəş açmağa qadirdir və təsirli məsafəsi 1500 metr hesab edilir. 50 mərmilik güllə qayışının çəkisi isə 11 kq-dır. NSV variantı T-72 tanklarında istifadə olunduğu halda, NSVT variantı T-64 və T-80 tanklarında istifadə edilmişdir.
Uzun mənzili və bir dəqiqə ərzində yüksək atəş açmaq qabiliyyəti sayəsində bəzi hallarda onlardan hava hücumlarından müdafiə vasitəsi kimi də, istifadə etmək mümkündür.