T-64

T-641960-cı illərin başlarında istehsalına başlanılmış SSRİ mənşəli əsas döyüş tankı olub, T-72 tankları ilə paralel dizayn xüsusiyyətlərinə malikdir və SSRİ xaricinə ixrac edilməmişdir. 1985-ci ildə T-72B modeli çıxana qədər bir çox baxımdan T-72 tanklarından üstün olmuşdur. T-80 tankları bu tank modeli əsasında istehsal edilmişdir. Hal-hazırda Rusiyanın ən müasir tankı hesab edilən T-90 tankları isə T-72 tanklarının modeli üzərində istehsal edilmişdir.

T-64
2012-ci ilin iyun ayında nümayiş etdirilən T-64 tankı
2012-ci ilin iyun ayında nümayiş etdirilən T-64 tankı
Tipi əsas döyüş tankı
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1963 - müasir dövr
İstismara başlanması 1964
İstismar edənlər İstifadəçilər
İstifadə edilən döyüşlər Dnestryanı müharibəsi, Birinci Çeçen-Rus Müharibəsi, Donbass müharibəsi
İstehsal tarixçəsi
Konstruktor Kharkiv Mozorov Dizayn Bürosu
Konstruksiya tarixi 1951-1962
İstehsalçı Malişev Zavodu
İstehsal illəri 1963-1987
İstehsal sayı 13.000
Variantları T-64BM Bulat, BMPV-64, BREM-64
Xüsusiyyətləri
Ağırlığı 38 ton
Zireh Şüşə tərkibli plastik+polad 450 mm
Mühərrik 5TDF5 (5 silindrli dizel mühərrik.
Sürət 45-60 km/saat
Mühərrik gücü 700 at gücü (522kW)
Əsas silah 125 mm-lik D-81T topu (T-64A modellərində istifadə edilib), 125 mm-lik 2A46 topu (1976-cı ildən buraxılmış T-64B modellərində istifadə edilib). Hər ikisi tüstü bombaları ilə təchiz edilmiş olan yivsiz toplardırlar.
Köməkçi silah düşmən piyadaları üçün nəzərdə tutulmuş olan 7.62 mm-lik cütləşdirilmiş NSVT pulemyotu və hava hücumlarından müdafiə üçün nəzərdə tutulmuş olan 12.7 mm-lik PK pulemyotu
Uzunluğu 6.54 m
Eni 3.60 m
Hündürlüyü 2.172 m
Ekipaj 3 nəfər (tank komandiri, silahçı, sürücü)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu tank ikinci nəsil əsas döyüş tanklarının ilki olub, o zamankı, NATO qüvvələrinə məxsus olan əsas döyüş tankları olan M48 Patton, M60 Patton, Centurion, Chieftain, AMX-30 tanklarından həm zireh qorunmasına, həm də atəş gücünə görə onlardan çox güclü idi. Tankın zirehi şüşə tərkibli plastik və poladdan ibarətdir ki, bunun da ümumi qalınlığı 450 mm edir. Gövdə & tank qülləsi - 370 mm-dən 440 mm-ə qədər APFSDS mərmilərindən və 500 mm-dən 575 mm-ə qədər HEAT mərmilərindən qorunma xüsusiyyətlərinə sahibdir. Tankın zirehinə istəyə görə ERA plitələri də əlavə etmək mümkündür.[1]

Saratovda nümayiş etdirilən T-64 tankı

T-64 tankı Xarkovda T-54 tanklarının konstrukturu olan Aleksandr A. Mozorov tərəfindən daha üstün bir tank olaraq dizayn edilmişdir. Tankın maksimal sürəti versiyalarına görə 45–60 km/saat (28-37 mil/saat) arasında dəyişir. Güc/çəki nisbəti 18,4 at gücü/ton (13,7 kVt / ton) təşkil edir. Hərəkət mənzili daxili yanacaq çənləri ilə 500 km, xarici yanacaq çənləri ilə birlikdə isə 700 km təşkil edir. Tankın çəkisi 38 ton, uzunluğu 6,54 m, eni 3,60 m, hündürlüyü isə 2,172 m təşkil edir. Tankın mühərriki 5-silindirli 700 at gücündə (522 kW) olan dizel mühərrikidir.[2]

Əsas xüsusiyyətlərindən biri öz dövrünə görə kifayət qədər iriçaplı olan 125 mm-lik D-81T topu idi. Topda həm dünyada, həm də SSRİ-də ilk dəfə olaraq, avtomatik doldurulma sistemi tətbiq edilmişdir ki, bu xüsusiyyətdə bu tankı dünyanın digər tanklarından əsaslı sürətdə fərqləndirirdi. Bunun nəticəsində tankın ekipajı doldurucuya ehtiyac qalmadığından 4 nəfərdən 3 nəfərə (tank komandiri, silahçı, sürücü) enmişdir. Bu tankın avtomatik doldurma sistemi tanka həm üstünlüklər bəxş edirdi, həm də tankın bəzi qüsurlarına səbəb olmuşdur. Belə ki, tankın avtomatik doldurulma sistemi ilə təchiz olunması tankın tank qülləsinin 360 dərəcə sursatla əhatələnməsinə səbəb olmuşdur. Bunun sayəsində tank qülləsinə gələn bir atəşlə tank vurula bilirdi. Həmçinin tankın avtomatik doldurulma sistemi primitiv olduğundan bəzən ilişmələrə də, səbəb olurdu. Bu da, bir tank üçün döyüş meydanlarında ən arzuolunmaz hallardan biridir. Bu xüsusiyyət həmçinin tankın ağırlığının və həcminin böyüklüyünün azalmasına səbəb olmuşdur. Tankın köməkçi silahı düşmən piyadaları üçün nəzərdə tutulmuş olan 7.62 mm-lik cütləşdirilmiş NSVT pulemyotu və hava hücumlarından müdafiə üçün nəzərdə tutulmuş olan 12.7 mm-lik PK pulemyotudur

Ayrıca olaraq bu tank SSRİ tank texnologiyasına rəhbərlik etmişdir. 1967-ci ildə 125 mm-lik topla təchiz edilmiş ilk T-64A tanklarının istehsalına başlanılmışdır. Bundan sonra 1976-cı ildən başlayaraq T-72 tanklarında da istifadə edilmiş tank əleyhinə döyüş raketləri atmağa qadir olan 2A46 topuna sahib olan T-64B modelinin istehsalına başlanılmışdır.

T-64 tankları əsas götürülərək qaz-turbin mühərrikləri ilə təchiz edilmiş olan T-80 tankları istehsal edilmişdir. T-64 tanklarının tank qülləsi isə Ukrayna istehsalı olan T-80U və T-80UD tanklarında istifadə edilmişdir. Ayrıca olaraq T-64 tanklarının dizel mühərriyinin daha müasir bir versiyası ilə yenə də Ukrayna istehsalı olan modernləşdirilmiş T-80UD və T-84 tanklarının atası hesab edilən T-80 tanklarının gövdəsinə güc verəcək şəkildə istehsalına başlanıldı.

T-54/T-55T-72 tanklarının əksinə olaraq bu tankların SSRİ sərhədlərindən kənara ixracı həyata keçirilməmişdir. Bu tanklar sadəcə olaraq Şərqi Avropada xidmət edən SSRİ elit zirehli qoşun birliklərinin xidmətinə verilmişdir. İlk dəfə olaraq bu tanklar Şərqi Almaniyada xidmət edən SSRİ hərbi birliklərinə verilmişdir. Sonrakı illərdə SSRİ daxilində olan ölkələrə paylanılmışdır.

1961-ci ilin sonunda “Obyekt 432” üçün texniki layihə qəbul edildi, 1962-ci ilin sentyabrında isə tankın ilk prototipləri hazır oldu. 1962-ci ilin oktyabrında Kubinka poliqonunda dövlətin rəhbərlərinə tank nümayiş etdirildi. Digər tanklarla müqayisədə, bu tank tam fərqli idi. Hərbçilərinin reaksiyasının birmənalı olmamasına baxmayaraq, tankın gələcək inkişafı təsdiqləndi. Xaricdən tank, xoş görünüşü olan zərif geyimli bir qadın kimi çox təsirli görünürdü. Tankın ilk versiyalarını nəzərdən keçirərkən baş konstruktor Morozov əli ilə çertyoj üzərində xətt çəkərək tırtıl üzərində yerləşən yanacaq çənlərinin çıxıntılarını kəsdi. O, “tankda hər şey gözəl olmalıdır” sözlərini də əlavə etdi.

“Malışev zavodu”nda dövlət sınaqlarına təqdim edilmək üçün tankların eksperimental partiyası hazırlanır. Maşın hər elementi ilə praktiki olaraq yeni olsa da, zavod sınaqları prosesində, yükləmə mexanizmində, hərəkət edən hissədə, mühərrik və onun sistemlərində çox sayda qüsur və çatışmamazlıqlaraşkar edildi. Buna görə də bir sıra taktiki və texniki tələblər (TTT) yerinə yetirilmədi. Layihə tamamlandıqdan və çatışmamazlıqlar aradan qaldırdıqdan sonra tank 1963-cü ildə yenidən dövlət sınaqlarına təqdim edildi. Lakin bu tədbirlər kifayət etmədi, TTT qarşılanmadı və tank tam sınaq dövrünü tamamlaya bilmədiyi üçün silahlanmaya qəbul edilmədi.

Buna baxmayaraq, baş konstruktorun sənədlərinə əsasən 1964-cü ildə ilk partiyanın istehsalına başlamaq qərarına gəldilər. Tanklar təcili istismar üçün qoşunlara göndərildi, qüsurlar aşkar edildi və aradan qaldırıldı. Layihə yekunlaşdı və 1966-cı ilin oktyabrında təkrar dövlət sınaqlarına təqdim edildi. Onlar müvəffəqiyyətlə başa çatdı və 1966-cı ilin dekabr ayında T-64 tankları silahlanmaya qəbul edildi.

Qeyd etmək lazımdır ki, tankın kütləvi istehsalı hərbçilərin iradəsinin əksinə olaraq başladığına görə onlar təbii ki, bu maşının tərəfdarı olmadılar. Onun tank qoşunlarında tətbiqi ciddi texniki və təşkilati dəyişikliklər tələb edirdi. Ordudakı əsaslı yeni bir maşının tətbiqinə müqavimətin əsaslarından biri də bu idi.

1964-cü ildə T-64 tankı dərin bir modernləşmədən keçdi. 125 mm çaplı silahla təchiz edilən tankın bir çox sistemi dəyişdirildi. Hərbi sınaqlar uğurla keçdi və 1968-ci ilin may ayında T-64A tankı kimi silahlanmaya qəbul edildi. Bu yeni nəsil tankı idi və əvvəlkilərdən çox fərqli idi. Bu tank öz zamanı üçün çox yeni idi, hər hansı bir yenilik isə tam tətbiq edilmək üçün vaxt tələb edir. T-64-ün üstünlükləri və çatışmamazlıqları onsuz da tam analiz edilib. Lakin bəzilərində dayanmaqda fayda var.

TPD-2-49 nişangahının " “əlli beşinci” modelin sadə nişangahından fərqli olması və “qeyri-tank” performansı və xüsusiyyətləri ilə mükəmməl görünürdü.

Tankın ən problemli üç hissəsi vardı: mühərrik, yükləmə mexanizmi və bir də hərəkətli hissə. T-64, T-72T-80 tanklarına diqqətlə baxdığınızda, onlar dəqiq olaraq bu detallara görə bir-birindən fərqlənirlər. Onların digər detalları - toplar, silahlar, nişangahlar, elektronika - demək olar ki, hər şeyi eynidir. Mütəxəssis olmayan şəxsin onları ayırd etməsi çətindir.

Əksər problemlər T-64 tanklarının mühərriki ilə bağlı idi, onların aradan qaldırılması və inkişafı üzərində iş çox uzun zaman aldı. Bu mühərrik sıfırdan yaradıldı, heç bir texnologiya, heç bir təcrübə yox idi. Tədqiqatlar zamanı ortaya çıxan problemlərin bir çoxunun həlli üçün digər sahələrdən - metal, keramika, yağ və s. üzrə mütəxəssislər də cəlb etmək lazım gəlirdi. Porşen qrupunun dinamikası üzrə tədqiqat aparmaq üçün zəruri qərarlar bəzən “sınaq-səhv” metodundan istifadə edilirək verilirdi.

Mühərrikin baş konstruktoru Çaromski nəzərdə tutulan xüsusiyyətlərə malik təcrübə nümunəli mühərrik hazırladı. Ona 580 at gücü kifayət etmədi və 700 at gücündə yeni 5TDF mühərrikini hazırlamaq ehtiyacı yarandı. Mövcud problemlər üzərinə yeni problemlərin əlavə edilməsi, bu mühərrikin yaradılmasının mümkünsüzlüyü təəssüratını yaradırdı.

Sonra Çaromski mühərriklə məşğul olmaq istəmədi və 1959-cu ildə təqaüdə çıxaraq Moskvaya döndü. Onun əvəzinə, baş dizayner Qolinets təyin edildi. Qadın düşkünü olan baş dizaynerin rəhbərliyi altında mühərrik üzərində iş ciddi şəkildə yavaşladı. 1973-cü ildə T-72 silahlanmaya qəbul edildikdən sonra Moskvadan dönən Morozov müvəffəqiyyətsizliklərə görə “mənəvi tənəzzülə” uğrayan Qolinetsi ittiham edərək onu vəzifədən azad etdi.

Bütün bu problemlərə baxmayaraq, mühərrik normal vəziyyətə gətirildi və gələcəkdə “Bokser” tankında bu mühərrikin 1200 at gücünə malik olan modifikasiyasından istifadə edildi. Problemlər həll olunurdu, lakin zaman keçsə də tank “ayağa qalxmırdı”. Tamamilə gözlənilməz problemlər də var idi. Qoşunun istismar sınaqlarının keçirildiyi bölmələrindən biri iynəyarpaq meşədə yerləşirdi. Az müddətdən sonra tanklar sıradan çıxmağa başladı. Məlum oldu ki, şamın iynələri soyutma sisteminin fəaliyyətinə mane olur. Nəticədə yüksək hərarət mühərriki sıradan çıxarır. Bunu aradan qaldırmaq üçün bütün tanklar zavoda qaytarıldı və mühərrik böməsinin soyutma torunun yeri üst tərəfə dəyişdirildi.

T-72-də nə üçün yeni bir avtomat doldurma mexanizmi ortaya çıxdı?

[redaktə | mənbəni redaktə et]

Mexanizm seçimi sursatın növü ilə tənzimlənirdi. Mexanizm istehsalın əvvəlində unitar idi. Nəticədə, onu yanan gilizdən və altlıqdan ayrılıqda hazırladılar. Onun mexanikləşdirilən bölmədə yerləşdirilməsi versiyası da uzun zaman müzakirə edildi. Görüşlərin birində kimsə onu dirsəkdən əyilən bir qol kimi təklif etdi. Beləliklə kabin tipli doldurucu mexanizm yarandı.

Bu variant qəbul edildikdən sonra sürücü mexanikin təcili evakuasiyası məhdudlaşdı. Problem salonda bir dəlik açılaraq həll edildi. Lakin bu tankın topunun istiqamət kursu üzərində tuşlandığı halda mümkün idi. Digər bir problem altlıq tələsi ilə bağlı idi. Tez-tez sıradan çıxan fiksasiya sensoru da doldurma prosesini dayandırırdı. Bu problemlər sonradan həllini tapdı. Lakin hərbçilər avtomat doldurma mexanizmini qəbul etmək istəmirdilər. T-72 tanklarında primitiv və sadə davrandılar. Alltı ədəd mərmi konveyerdən çıxarılaraq sursatlar və gilizləri bir-birinin üstünə qoyuldu. Tələ ləğv edilsə də, altlıq çölə atılırdı. TTT görə isə tank döyüşdə hermetikliyini itirməli deyildi.

O dövrdə nüvə silahından istifadə şəraitində müharibə apamaq üçün tələblər ciddi surətdə nəzərdə saxlanılırdı. Hərbçilər atəş zaman tankın hermetikliyinin pozulmasına və sursat dəstinin 28-dən 22-yə qədər azalmasına göz yumdular. Əsas, avtomatik sursat doldurma mexanizminin yarasız olmasını əks tərəfə sübut etmək idi.

Hərəkətli hissə ilə bağlı problemlər

[redaktə | mənbəni redaktə et]

Bu illər ərzində hansı hərəkətli hissənin daha yaxşı və ya daha pis olması barədə bir çox müzakirələr aparıldı. T-64-də yerləşdiriləcək növün seçilməsində əsas meyarın onun çəkisi olduğunu dərhal demək mümkündür. TTT görə tankın çəkisi 34 tondan çox olmamalı idi, onsuz da əvvəldən mühərrikin problemi mövcud idi və onun gücü yetərli deyildi. Buna görə də Morozov tank üçün hərəkət imkanlarının vacibliyini anlayaraq, 34 tonluq şassi seçimini sona qədər müdafiə etdi. Bu tip hərəkətli hissənin də təbii ki, çatışmamazlıqları vardı. Onlar aradan qaldırılsa da, çəki tələbinə ciddi şəkildə riayət olundu.

Xüsusiyyətlər və çəki arasındakı dilemma daim gündəmdə idi, çünki başqa hərəkətli hissənin qəbul edilməsi tankın kütləsini iki ton artırırdı. T-72-də və T-80-də buna razı oldular, T-64-də isə yüngül hərəkətli hissəyə üstünlük verildi.

Əlbəttə ki, çəki və ölçülərə dair bu cür məhdudiyyətlər çərçivəsində bütün tələbləri yerinə yetirmək çətin idi. Lakin rəhbərlik hesab edirdi ki, bununla barışmaq lazımdır. Kostenkonun kitabında Morozovla ünsiyyətdə olduğu zaman onun belə bir məhdudiyyətlərin doğru olmadığını dolayısı ilə qəbul etdiyi qeyd olunurdu, lakin bu artıq tarixin mülkiyyətində olan faktlardır.

Beləliklə, Xarkov, Tagil və Leninqradın yaratdığı üç növ hərəkətli hissə mövcud idi. Keçirilən bir çox sınaq nəticələrinə görə, Leninqradda yaradılan şassi daha effektiv idi. XMKB-də tankların sonrakı modifikasiyasında və “Bokser” perspektivli tankının inkişafında bu şassini əsas olaraq götürdülər.

Bu problemlərin həlli vaxt tələb edirdi və tankın inkişafından qəbul edilməsinə qədər 11 il çəkdi. Bu müddətdə tankın inkişafının tərəfdarları və rəqibləri ortaya çıxdı. Burada texniki, təşkilati və konyunktur səbəblər mövcud idi. Tank yeni bir nəslə mənsub idi və onun tam hazır olması çox zəhmət tələb edirdi.

Bir tərəfdən hərbçilər təkmilləşdirilən xüsusiyyətlərə malik yeni tank əldə etmək istəyirdi. Digər tərəfdən onların orduya verilməsi ilə bağlı struktur dəyişiklikləri, tankın mürəkkəbliyi, ekipajların hazırlanması və s. problemlərin yarana biləcəyi qaçılmaz və aşkar idi. Bunun üzərinə texniki problemləri də əlavə etsək tankın silahlanmaya qəbulunun ləngiməsi səbəbləri aydın olur. Bundan əlavə, hərbçilər 1964-cü ildə dövlət sınaqlarını tamamlamadan T-64 tankının seriya istehsalına buraxılmasını, bu tankın onlara “sırındığı” kimi qəbul edirdilər. Tank Qoşunları Komandanı marşal Poluboyarov və digər tankçı rəhbərlər nəticədə daha sadə T-72 tankına tərəf meyl edirdi.

Müdafiə sənayesinin rəhbərliyi bu tankın istehsalını təşkil edərkən nə qədər böyük həcmdə işlərin yerinə yetirilməli olduğunu görürdü. İstehsalın təşkili ilə, xüsusilə də yeni mühərriklə bağlı daim yaranan problemlər onları çox da həvəsləndirmirdi. Yalnız “Stalinin Xalq komissarı” Ustinovun T-64 tankını ordu üçün əsas tank kimi qəbul edilməsinə aid dəmir iradəsi hamını verilən tapşırıqları həyata keçirməyə məcbur etdi.

Konyuktur səbəblər də var idi. Vahid tankın kütləvi istehsala başlanılması ilə yanaşı zavodlar öz layihələrini göstərilən istiqamətdə inkişaf etdirməyə məcbur edilirdi. Təbii ki, onlar bu təzyiqlərdən heç bir zövq almırdılar, əksinə orduda, sənaye rəhbərliyində və hökumətdə təmsil edilən lobbiləri vasitəsilə bunun qarşısını almağa və özlərinə məxsus tank layihələrini irəli sürmək üçün çalışırdılar.

1967-ci ildə Sov.İKP Mərkəzi Komitəsinin və Nazirlər Kabinetinin, ordunun yeni T-64 tankları ilə təchiz edilməsi və onları istehsal potensialının inkişaf etdirilməsi ilə bağlı sərəncamı dərc edildi. Bu tankın buraxılması üç zavodda - Xarkov, Nijniy Tagil və Leninqradda aparılacaqdı.

5TDF mühərriklərinin istehsal gücünün məhdud olduğunu nəzərə alaraq, bütün zavodlar sülh dövründə standart T-64 istehsal edəcəkdi, müharibə dövründə isə “Uralvagonzavod” mövcud olan V-2 mühərrikli T-64 tankının ehtiyat versiyasını buraxacaqdı.

XMKB tankın bu variantını (obyekt 439) inkişaf etdirdi. 1967-ci ildə prototip tanklar hazırlandı və sınaqlar uğurla həyata keçirildi. Bu tankın texniki sənədləri seriya istehsalı üçün UVZ-ə verildi. Paralel olaraq, LKZ-də 60-cı illərin əvvəllərindən T-64 tankında qaz turbin mühərrikinin (T-64T) quraşdırılması üçün işlər aparıldı. Belə tankın nümunələri hazırlandı və sınaqdan keçirildi. 1968-ci ilin oktyabrında QTD mühərrik ilə təchiz olunan T-64 tankının (obyekt 219) yaradılmasına qərar verildi. Bu layihə çox az adamı maraqlandırdı, çünki məqbul turbin hələ ki, yox idi.

T-64 tankı əsasında UVZ və LKZ-də alınan qərarlardan asılı olmayaraq, potensial tankın öz variantlarını yaratmaq üçün də işlər aparılırdı. Bu mərhələdə, daha sonra T-72 tankı adlandırılacaq UVZ layihəsi (obyekt 172) hərbçilər tərəfindən dəstəklənməyə başladı. Kostenkonun kitabında yazdığı kimi, bu tankın formalaşması prosesi uzun, qaranlıq və demək olar ki, detektiv xarakter daşıyırdı. Bu, həqiqətən hökumət sənədlərinin saxtalaşdırılması ilə bağlı detektiv bir hekayə idi![3]

T-64 Bulat
T-64 BM Bulat hərbi parad zamanı
T-64 BM Bulat hərbi parad zamanı
Tipi əsas döyüş tankı
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 2005-hal-hazırkı dövr
İstismara başlanması 1964
İstismar edənlər Ukrayna
İstifadə edilən döyüşlər
Xüsusiyyətləri
Ağırlığı 45 ton
Mühərrik 5TDFM dizel
Mühərrik gücü 850 at gücü
Əsas silah 125 mm-lik yivsiz top
Köməkçi silah 1 ədəd 12,7 mm-lik zenit - pulemyotu, 1 ədəd 7,62 mm-lik pulemyot
Uzunluğu 9.22 m (lülə ilə bərabər) 6.54 m (gövdə uzunluğu)
Eni 3,6 m
Hündürlüyü 2.17 m
Ekipaj 3 nəfər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ukrayna Silahlı Qüvvələrinə məxsus olan tank briqadalarından birinə tabe olan T-64 Bulat tankı hərbi parad zamanı

Silahın qalxma bucağı: - 6 ilə + 14 dərəcə arasında

Üfüqi tuşlama bucağı: 360º

Qalxma bucağı: 60%

Yana əyilmə: 40%

Maneə keçmə: 0,8

Xəndək: 2.85 m

Dalış dərinliyi: 1,8 m (şnorkelsiz), 5 m (şnorkellə)

Maksimal sürət: 60 km/saat

Döyüş radiusu: 500 km

Mühərrik: 5TDFM dizel

Mühərrik gücü: 850 at gücü

T-64BM Bulat, köhnəlmiş Sovet T-64B əsas döyüş tankının Ukrayna tərəfindən inkişaf etdirilmiş versiyasıdır. Ukrayna, köhnə T-64 əsas döyüş tanklarının 2200-dən artığını işlətməkdədir. Bulat layihəsi 1999- cu ildə ortaya çıxtı. İlkin olaraq iki inkişaf versiyası təklif edilmişdi - T-64BM (T-64U olaraq da tanınır) və T-64BM2. T-64BM2 yeni avtomatik yükləmə sistemi ilə təchiz edilmişdi, ancaq daha zəif yanğına nəzarət sisteminə malik idi. Sonunda daha inkişaf etdirilmiş T-64BM versiyası seçildi. İlk tanklar 2005-ci ildə istehsal edildi və Ukrayna Silahlı Qüvvələrinin birliklərinə təhvil verildi. Bu əsas döyüş tankı, Ukraynada davam edən hərbi toqquşmalar zamanı istifadə edildi. Bu döyüşlərdə çox geniş surətdə istifadə edildi. Ancaq son zamanlarda salamat qalmış bütün T-64BM tankları təmir edildi və depolara yığıldı. Bəzi səbəblərə görə Ukrayna hərbi rəhbərliyi bu tankları döyüşlər zamanı istifadə etməməyə və yaşlanan T-64BV tanklarına etibar etməməyə qərar verdi.

Patlayıcı Reaktiv Zireh (ERA) və passiv zirehdən istifadə edilərək tankların müdafiəsi artırılmışdır. Kompozit zirehdən, gövdənin və qüllənin önündə istifadə edilmişdir. T-64BM Bulat, özünü yaxşı göstərmiş Ukrayna istehsalı olan Nozh modulyar ERA ilə təchiz edilmişdir. Tank NBC müdafiə və avtomatik yanğınsöndürmə sistemi ilə təchiz edilmişdir.

Bu əsas döyüş tankı, avtomatik yükləmə sistemi ilə təchiz edilmiş, tamamilə stabil edilmiş 125 mm-lik düz və yivsiz bir top ilə təchiz edilmişdir. Maksimum təsirli atəş məsafəsi gündüz 2 500 m və gecə 1 500 m təşkil edir.

Bulat, 9K119 (NATO kod adı AT-11 Sniper) tank əleyhinə başlıqlarla təchiz edilmiş olan döyüş raketlərindən istifadə etməyə müvafiqdir. Bunlar normal sursatlarla eyni şəkildə işləyirlər. Başlıqlı raketlərin 4.000 m məsafəyədək hədəfi məhvetmə dəqiqliyi 90% və 5.000 m məsafəyədək hədəfi məhvetmə dəqiqliyi isə 80% təşkil edir. Nəzarət sistemi bir lazer işığının üzərinə qurulmuşdur, döyüş raketi isə işığın mərkəzinə yönəlir. Əsas silah üçün anti-tank başlıqlı döyüş raketləri daxil 36 ədədlik sursat ehtiyatı mövcud olur.

Köməkçi silahlarına, düşmən piyadalarına qarşı cütləşdirilmiş 7.62 mm-lik pulemyot və uzaqdan idarə edilən hava hücumlarından müdafiəyə qarşı 12.7 mm-lik zenit - pulemyotu daxildir.

Bu əsas döyüş tankı Ukrayna T-84 əsas döyüş tankının yanğına nəzarət sistemi ilə təchiz edilmişdir. Ətrafı müşahidə etməyə imkan verən bütün cihazlar da inkişaf etdirilmişdir.

Bulat əsas döyüş tankının gücləndirilmiş bir güc paketi var. Tank 850 at gücünə sahib olan 5TDFM dizel motorla ilə işləyir. Bu motor əvvəlki 5TDF motorlarının daha gücləndirilmiş versiyasıdır. Tankın motor gücünün artırılmasına baxmayaraq tankın ümumi gücü artırılmamışdır. T-64BM tankı zəif güc/ağırlıq nisbətinə görə əksər müasir tanklar ilə qarşılaşdırıldığında olduqca zəifdir. Modernləşdirmə zamanı 1000 at gücünə sahib olan 6TD dizel mühərriki ilə təchiz edilmək məsləhət görülmüşdü. T-64 tanklarının orijinal mühərriklərinin, Böyük Britaniya istehsalı olan Chieftain tanklarının kopyalanmış mühərriklərinin uğursuz SSRİ versiyası olduğunu da bildirmək lazımdır. T-64 tanklarının 5TDF motoru ümumi şəkildə götürüldükdə çox etibarsızdır.

T-64BM tankları çox dərinliklərdə üzmək qabiliyyətinə sahibdir və şnorkellə (su maneələrində üzə bilmək üçün nəzərdə tutulmuş xüsusi qurğu) 5 metrə qədər dərinliyi olan su maneələrində hərəkət etmək qabiliyyətinə sahibdir.[4]

T-64BV tekniki xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]
T-64BV
  • Uzunluğu (topla bərabər): 9.225 m [5];
  • Uzunluğu (topsuz): 6.54 m
  • Eni: 3.6 m [5]
  • Hündürlük: 2,17 m [5]
  • Ağırlığı: 42,5 t [5]
T-64 BV tankı
Şərqi Ukraynada separatçılarla gedən döyüşlər zamanı istifadə edilmiş olan T-64 BV tankı

Hərəkət hissəsi

[redaktə | mənbəni redaktə et]
  • Motor: 5TDF qarışıq yanacaqlı (dizel, ağ nöyüt və benzin) 5 qarşı slindir, 10 porşen, 13.6 L. 700 və at gücü (515 kW) 2,800 'də inkişaf dövriyyə/dəqiqədə, 100 km başına 170 ilə 200 litr istifadə.
  • Sürətlər qutusu: yeddi irəli və bir geri işləməli sürətlər qutusu.
  • 740 litr yanacaq ehtiyatı üç yanacaq çənində, ikisi 140 litrlik çamurluqlarda və şassinin arxa tərəfində iki ədəd damlalanabilən 200 litrlik yanacaq çəni.

3 nəfər:

  • komandir
  • sürücü
  • silahçı-nişançı
2018-ci il 9 mayda Faşizm üzərində Qələbə Günü münasibətilə qazanılmış qələbə münasibətilə Donetsk Xalq Respublikasının separatçıları tərəfindən təşkil edilmiş olan hərbi parad zamanı nümayiş etdirilən T-64BV tankı
  • Maksimum sürəti: 60.5 km/saat
  • Yolsuzluq şəraitində maksimum sürəti: 35 km/saat.
  • Güc/ağırlıq nisbəti: 16.2 at gücü/ton (11.9 kW/t).
  • Hərəkət mənzili: 500 km, əlavə yanacaq çənləri ilə bərabər 700 km
  • Əraziyə təzyiq: 0.9 kiloqram-güc/sm2 (88 kPa, 12.8 psi).
  • Dalış dərinliyi: 1,8 m (şnorkelsiz), 5 m (şnorkellə)
  • Xəndək: 2.85 m
  • Maneə keçmə: 0,8
  • Maksimum əyilmə bucağı: 30°.

125 mm-lik 2A46M-1 (D-81TM) yivsiz topu 6ETs40 karusel doldurma sistemi ilə, 28 atəşlik, 8 atəş dəqiqədə atəş sürəti ilə, 36 mərmi ehtiyatı (8 ədəd 9M112M "Kobra" (NATO kod adı: "AT-8 Songster) mərmisi), mövcud mərmilərin hamısı fin stabilizəlidir:

  • 3UOF-36, 3OVF-22 anti-personal (APERS) mərmiləri, bir sıra dəliş xüsusiyyətlərinə malikdirlər.
  • Zireh dəlici mərmilər (armour-piercing shells(APFSDS)) 3UBM-17 və ya 3UBM-19 və ya daha böyük olan mərmilər, əlavə enerji sürəti ilə 1800 metr/saniyəlik çıxış sürəti ilə.
  • İçi boş yükləmə qabıqları, 3VUK-25 və ya 3UBK-21.
  • Cütləşdirilmiş 7.62 mm-lik PKT pulemyotu 1250 mərmi ilə.
  • Uzaqtan idarəolunan hava hücumlarından müdafiə üçün nəzərdə tutulmuş olan 12.7 mm-lik NSVT "Utyos" pulemyotu 300 mərmi ilə.
  • 4 + 4 (T-64B) və ya 6 + 6 (T-64A) 81 mm-lik 902B "Tucha-2" tüstü bombaları.
  • 1A33 yanğına nəzarət sistemi:
    • 9K112 "Kobra" döyüş raketlərinin (NATO kod adı: "AT-8 Songster") lülədən başlamış radionəzarət sistemi.
    • 2E28M hidravlik stabilizatoru (şaquli aralıq −5°20' ilə +15°15')
    • 1G42 lazer məsafə ölçənli topçunun müşahidə sistemi.
    • TPN-1-49-23 aktiv IR gecə görüş sistemi.
    • The L2G IR projektoru gecə görünüşlərini aydınlaşdırmaq üçün silahın solunda yerləşdirilmişdir.
    • 1V517 ballistik kalkulyatoru.
    • 1B11 anemometrik göstəricisi.
  • Tank komandirinin qülləsi aşağıdakı avadanlıqlar ilə təchiz olunmuşdur:
    • PKN-4S adlı 360° ətrafı müşahidə etməyə imkan verən və bütün silahlardan gecə və ya gündüz vaxtı atəş açmağa imkan verən sistem.
    • PZU-6 AA görmə sistemi.
    • 2Z20 2-oxlu elektrik stabilizatoru (şaquli aralıq −3° ilə +70°).
  • Sürücü üçün TPN-3-49 və TPN-4 və ya TVN-4 gecə görüş sistemi.
  • Bir ədəd R-173M radiosu.
  • Radiasiya detektorları və ətraf mühit kimyəvi-bioloji-radioaktiv-nüvə silahları ilə zəhərləndirildiyi zaman işə düşən müdafiə sistemi.
  • 5  metrə qədər dərinliyə sahib olan su maneələrini keçmək üçün nəzərdə tutulmuş olan iki ədəd şnorkel.
  • Tankın qabağına bir ədəd KMT-6 mina təmizləmə qurğusu quraşdırıla bilər.
  • 3 qatlı kompozit zireh (K formulu), 450 ilə 20 mm arasında qalınlığa malikdir:
    • Ön tərəf: 120 mm-lik polad, 105 mm-lik şüşə lif, 40 mm-lik polad.
    • Yanları: 80 mm-lik polad.
    • Qüllənin ön tərəfi: 150 mm-lik polad, 150 mm-lik şüşə lif, 40 mm-lik polad.
  • Asqı sisteminin yuxarı hissəsinin müdafiə edilməsi üçün nəzərdə tutulmuş olan yanlarda kauçuk ətək zirehləri.
  • Kontakt-1 partlayışa həssas olan müdafiə sistemləri vasitəsilə tankın aşağıda qeyd olunmuş hissələrinin müdafiəsi təşkil edilmişdir:
    • Qüllənin ön və yan hissələri
    • Glacis (burada tankların qüllələrinin (taret) maili hissəsi nəzərdə tutulur)
    • Yan ətəklər

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]

SSRİ-nin dağılması ilə bərabər 5 ölkənin silahlı qüvvələrində xidmətdə qalmışdır. Hal-hazırda Ukrayna Silahlı Qüvvələrinin xidmətində təxminən 2000 ədəd Rusiya Silahlı Qüvvələrinin xidmətində təxminən 4000 ədəd və əlavə olaraq 2 ölkənin də silahlı qüvvələrində xidmətdədir.

T-64 tanklarının köhnə istifadəçiləri qırmızı, cari istifadəçilər isə mavi rəngdə göstərilmişdir

Cari istifadəçilər

[redaktə | mənbəni redaktə et]

Qondarma Donetsk Xalq Respublikası - çoxlu T-64B, T-64BV və T-64BM modifikasiyalı T-64 modelləri 2017-ci ilədək xidmət etmişdir.[6]

Azərbaycan Azərbaycan Azərbaycan-50

Konqo Demokratik Respublikası - 2016-cı ildə Ukraynadan 25 T-64BV-1 tankı almışdır.[7][8]

Özbəkistan - 2017-ci ilə olan məlumatlara görə təxminən 100 ədəd T-64 tankı Özbəkistan Silahlı Qüvvələrinin arsenalında mövcuddur.

Moldova - Dnestryanı separatçılar tərəfindən az sayda istifadə edilmişdir.

Özbəkistan - 100 ədəd.[9]

Dnestryanı - təxminən 10-15 ədəd istifadə edilmişdir.

Ukrayna - - 2.345 ədəd 1995-ci ilə görə, 2000-ci ilə görə 2.277 və 2005-ci ilə görə 2.215 tank xidmətdə olmuşdur.[10] Hələ də, 600 civarında, xidmətdə 900+ və aktiv olaraq işləyənlərin 100-dən artığı, T- 64BM Bulat modellidir.

Köhnə istifadəçilər

[redaktə | mənbəni redaktə et]

Belarus - 1990-cı illərdə qeyri-müəyyən sayda xidmətdə qalmışdır.

Qazaxıstan - 2011-ci ildə təxminən 50 ədəd T-64 tankına sahib olub. Elə həmin ildə də, Qazaxıstan hökumətinin istəyi ilə tankların hamısı hissələrinə parçalanmışdır.[11]

SSRİ - xələfləri arasında bölüşdürülmüşdür.

Rusiya - 1995-ci ildə 4000 ədəd tank xidmətdə qalmışdır. ABŞ Dövlət DepartamentininNATO-nun[12] məlumatlarına görə [13] 2014-cü ildə mərhələli şəkildə 2000 tank hissələrə parçalanmışdır.

  1. Soviet Tank Programs Arxiv surəti 24 sentyabr 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine page 12 published by the CIA under the Freedom of Information Act
  2. T-64A Main Battle Tank Arxiv surəti 9 fevral 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-02-09 at the Wayback Machine Kharkiv Morozov Machine Building
  3. https://ordu.az/az/news/134102/detektiv-xarakterli-sovet-tanklari-t-64,-t-72-ve-t-80-arasdirma[ölü keçid]
  4. "Arxivlənmiş surət". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-29.
  5. 1 2 3 4 T-64BV Main Battle Tank Arxiv surəti 9 fevral 2015 tarixindən Wayback Machine saytındaArxivləşdirilib 2015-02-09 at the Wayback Machineat KMDB.
  6. "The Military Balance 2017, page 231". iiss.org. 4 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2018.
  7. "DRC reportedly receiving T-64 tanks". Defence Web. 20 February 2014. 1 August 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 August 2017.
  8. Binnie, Jeremy. "T-64 tank delivery to DRC confirmed". IHS Jane's 360. 1 August 2017. 1 August 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 August 2017.
  9. "The Military Balance 2017, page 232". iiss.org. 4 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2018.
  10. John Pike. "Ground Forces Equipment – Ukraine". 7 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2014.
  11. Vladimir Tretyakov. http://asker.kz/blog/sluzhba_v_army_kazakhstan/suxoputnye-vojska-kurs-molodogo-bojca.html (#bare_url_missing_title). 25 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2015.
  12. "NATO Releases Imagery: Raises Questions on Russia's Role in Providing Tanks to Ukraine". SHAPE Public Affairs Office. 14 June 2014. 2 February 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
  13. "Daily Press Briefing: June 20, 2014". U.S. Department of State. 20 June 2014. 12 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]