Nağd ödəniş

Nağd ödəniş - bir iqtisadi subyektdən digərinə nağd şəkildə təqdim edilən ödəniş əməliyyatıdır. Bu halda məbləğ müəssisənin, təşkilatın hesabına deyil, nağd pul nişanları şəklində kassasına daxil olur. Əsasən nağd hesablaşma fiziki şəxslər arasında əmtəə və xidmətlər bazarında geniş istifadə olunur. Bank sistemi yüksək inkişaf etmiş ölkələrdə ümumi hesablaşmaların çox az hissəsi nağd formada həyata keçirilir. Fond birjasında isə nağd ödəniş qiymətli kağızların alqı-satqısının nağd formada həyata keçirilməsidir. Bu halda ödəniş qısa müddətdə həyata keçirilməklə maliyyə aləti alıcıya – investora və ya fond vasitəçisinə təqdim edilir. Xarici valyuta ticarətində nağd ödəniş əməliyyatların nağd formada və qısa müddət ərzində həyata keçirilməsidir. Bu əməliyyat spot əməliyyatı adlanır. [1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.160-161