Naci əl-Əli (ərəb. ناجي سليم العلي ; təq. 1937[1] – 29 avqust 1987, London) — Fələstinli karikaturist. Ərəb ölkələrinin apardığı siyasəti və İsraili tənqid edən karikaturaları ilə məşhurlaşmışdır. Fələstinli və ərəb siyasi xadimləri ilə bağlı sərt üslublu karikaturaları ilə tanınan Naci əl-Əli fəaliyyəti dövründə topamda 40.000 dən çox karikatura çəkmişdir. Naci əl-Əli daha çox Hanzala adlı karikatura personajının yaradıcısı kimi xatırlanır. Hanzala qısa zamanda məşhurlaşaraq, Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevrilmişdir.
Naci əl-Əli | |
---|---|
ərəb. ناجي سليم العلي Nājī Salīm al-‘Alī | |
Doğum tarixi | |
Doğum yeri | Əl-Sajara, Fələstin |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | London, Böyük Britaniya |
Vəfat səbəbi | qətlə yetirilib |
Dəfn yeri |
|
Milliyyəti | Fələstinli |
Fəaliyyəti | Karikaturist |
Fəaliyyət illəri | 1959–1987 |
Vikianbarda əlaqəli mediafayllar |
Naci əl-Əli Londonda işlədiyi və Küveytə aid olan Əl-Qabas qəzetinin ofisindən çıxarkən silahlı hücuma məruz qalmış və ağır yaralanmışdır. Sui-qəsd cəhdi 1987-ci ilin 22 iyun tarixində baş vermişdi. Karikaturist üzündən ağır yaralandığından 5 həftə reanimasiyada saxlanılsada həmin ilin 29 avqust tarixində vəfat etmişdir. Naci əl-Əlinin sui-qəstinin əsas səbəbi kimi tənqidi mövzularda çəkdiyi karikaturlar göstirirdi. Ərəb dünyası isə baş vermiş sui-qəstə görə Mossadı ittiham etdi.
Naci Əli 1938-ci ildə Fələstinin şimalında yerləşən kiçik Əl-Sajara kəndində dünyaya gəlmişdir. Fələstində baş verən hadisələr səbəbindən kiçik yaşlarından ailəsi birlikdə ölkəni tərk etmək məcburiyyətində qalır. Ailə Livanın cənubunda yerləşən Ain al-Hilweh məskunlaşmalı olur. Yeniyetməlik dövrünü Livanda keçirdikdən sonra təhsil almaq üçün Sidon şəhərinə gedir. Burada 2 illik təhsilini bitirdikdən sonra isə Tripoli şəhərinə yollanır. Yenidən Livana qayıdan Naci Əli burada qaçqınlar üçün olan çadır düşərgələrində yaşamağa başlayır. Məqsədi insanların yaşadıqları çətinliklərə bir başa şahid olmaq olan Naci Əli bu dövrdə müxtəlif ərəb ölkələrinə səfərlər edərək ümumi ərəb çoğrafiyasında olan vəziyyəti öyrənməyə çalışırdı.
1959-cu ildə Livana qayıtdıqdan sonra Ərəb Millətçi Hərəkatına qoşulur. Uyğunsuz davranışları əsas gətirilərək bir il ərzində dörd dəfə təşkilatdan xaric edilir. 1960–1961-ci illər ərzində Ərəb Millətçi Hərəkatının mətbuat organı olan Əl-Sarkha (ağlamaq) jurnalında öz karikaturalı və yazıları ilə çıxış edir. Naci Əli daha mükəmməl karikaturist olmaq üçün bu sahədə ali təhsil almağı şərt hesab edirdi və bu səbəbdən 1960-cı ildə Livan Mədəniyyət və İncəsənət Universitetinə daxil olur. Elə həmin ildə siyasi səbəblər əsas gətirlərək həbs edilir və universitetdən xaric olunur. Həbs müddətinin başa çatmasının ardından Tir şəhərinə yollanır və burada yerləşən Ja'fariya College də çalışır.
Yazıcı və aktivist Həsən Qanafi ilə tanışlıq Naci Əlinin daha da məşhurlaşmasının yolunu açır. Naci Əlinin karikaturalarını və yazılarını yüksək qiymətləndirən Həsən Qanafi həmin karikaturaların bir qismini özü ilə birlikdə Əl-Huriyyəyə aparır və burada çap etdirir. 1961-ci ilin 25 sentyabrında olan bu hadisə nəticəsində Naci Əlinin məşhurlaşması yolunda ilk addım olur. Naci Əli 1963-cü ildə Küveytə gəlir. Məqsədi Qahirə və ya Roma kimi böyük şəhərlərə getmək olan karikaturist özünü daha yaxşı təsdiq etmək üçün Avropa karikatura məktəbinə çıxışının olmasını önəmli fakt hesab edirdi. Avropaya getmək üçün müxtəlif qəzetlərdə çalışaraq pul qazanmağa nail olur. Əvvəlcə Ərəb miliyyətçiliyi ilə tanınan Al-Tali qəzetində çalışır, 1968-ci ildən etibarən isə Əl-Siyasa qəzetinə keçir. Bu müddət ərzində bir necə dəfə Livana səfərlər edir. 1974-cü ildə Livan qəzeti olan Əl-Səfirdə işləyir. Livan və İsrail arasında alovlanan münaqişə səbəbindən Livanı tərk edib Avropaya mühacirət etməli olur. 1985-ci ildə London şəhərində Küveytə aid Al-Qabas qəzetində işə başlayır. Naci əl-Əli 1987-ci ildə sui-qəstlə öldürüləcəyi günə qədər bu qəzetdə çalışmış və 1987-ci ilin 22 iyun tarixində qəzetin ofisindən çıxarkən sui-qəstə məruz qalmışdır. Baş verən silahlı hücum nəticəsində üzdən ağır yaralanan karikaturist, hadisədən 5 həftə sonra vəfat edir. 1984-cü ildə The Guardian qəzetində Naci əl-Əli barədə dərc edilən yazıda, Naci Əli Ərəb dünyasında ictimai fikri müəyyənləşdirən şəxs olaraq ifadə edilmişdir.
Naci Əlinin ən məşhur karikaturası Hanzaladır. Ərəbcə Handhala (ərəb. حنظلة) olaraq tələffüs edilir. Hanzala 10 yaşlarında küsəyən bir oğlandır. Karikatura ilk dəfə 1969-cu ildə Naci Əli Küveytdə çalışarkən Al-Siyasa dərgisində yayımlanmışdır. Dünyanın Fələstində baş verən qətliamlara səssiz qalması səbəbindən hər zaman arxası tərəfdən təsvir edilən Hanzala, insanlığın Fələstində yaşayananlara biganə qalması səbəbindən inçimişdir. Hanzalanın Fatma adında bir bacısı vardır. Ayaqqabı nömrəsi, hər zaman ayaq yalın gəzdiyindən məlum deyil. Vətəninə qayıtmağı arzulayan Hanzala, doğma torpaqları üçün daim darıxır. Hanzala karikaturası qısa zamanda bütün Fələstində məşhurlaşmış və Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevirilmişdir. Naci Əli Hanzala ilə eyni talehi yaşayan yüzlərlə fələstinli uşağın harayını ümumiləşdirmişdir. Hanzala təkcə Fələstində yox bütün Ərəb çoğrafiyasında məşhurluq əldə etmişdir. Ərəb dünyasında bu karikaturadan işğalı və despotizimə qarşı etiraz etmək üçün istifadə edilmişdir. Karikatura hətta İran Yaşıl İnqilabı zamanı belə müxalifət tərəfindən istifadə olunmuşdur.