Nadejda Samsonova (26 aprel 1924, Kiyev, SSRİ – 9 yanvar 2010, Moskva) — sovet kino aktrisası.
Nadejda Samsonova | |
---|---|
Nadejda Vasilyevna Samsonova | |
Doğum tarixi | |
Doğum yeri | Kiyev, Ukrayna |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktrisa |
Təhsili | |
IMDb | ID0760355 |
Nadejda Vasilyevna Samsonova 26 aprel 1924-cü ildə Ukraynanın paytaxtı Kiyev şəhərində hərbçi ailəsində anadan olmuşdur. Uşaqlıqdan bütün ölkəni gəzən aktrisa məktəbi Ulan-Udedə bitirmişdir. ÜDKİ-də pedaqoqlar Bibikov və Pijovoydan dərs almışdır. Epizodlar ustası sayılır. Kəskin və qeyri-adi rolların ifaçısıdır. 200-dən çox filmə çəkimişdir. Həmçinin 800-dən artıq filmin dublyajında iştirak etmişdir. 1950-1980-ci illərdə Kinoaktyor Teatr-Studiyasında çalışan aktrisa, həm də M. Qorki adına Kinostudiyanın ştatlı aktrisası idi.
9 yanvar 2010-cu ildə Moskvada vəfat etmişdir.