Nadir Məşədi Süleyman bəy oğlu Mansurov (1 (14) aprel 1916, Bakı – 19 noyabr 1972, Bakı) — tarzən, Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Konsert Birliyinin solisti
Nadir Mansurov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Atası | Məşədi Süleyman bəy Mansurov |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | tarzən |
Fəaliyyət illəri | 1936–1972 |
Janrlar | muğam, xalq musiqisi |
Musiqi aləti | tar |
Vikianbarda əlaqəli mediafayllar |
Nadir Məşədi Süleyman bəy oğlu Mansurov 1916-cı ilin aprel ayının 14-də Bakıda məşhur Mansurovlar ailəsində doğulmuşdur. Uşaq yaşlarından musiqiyə həvəsi olmuş və tar çalmağı atasından öyrənmişdir. Hələ gənc yaşlarından müxtəlif xalq çalğı alətləri orkestr və ansambllarının tərkibində tarzən kimi çıxış etmişdir. Nadir Mansurov 1937–38-ci illərdə Gəncədə bir çox yerli xanəndələrə müşayiət edir. Əsasən o zaman orada məşhur olan Muxtar Əsgər oğlu Qurbanovla daha tez-tez çıxış edir. O, 1940-cı ildə hərbi xidmətə çağırılır. Hətta əsgərlikdə də öz tarını əlindən buraxmır, müxtəlif tədbirlərdə zabit və əsgərlər qarşısında çıxış edir. 1941-ci ildə isə İkinci dünya müharibəsində öz əsgəri borcunu yerinə yetirmək üçün müharibəyə yollanır. Moskva ətrafındakı döyüşlərdə bərk yaralanan Nadir Mansurov bir neçə ay hərbi hospitallarda müalicə olunur. Yaraları sağaldıqdan sonra o, yenidən cəbhəyə yollanır və müharibənin sonuna qədər vuruşur.
Müharibədən sonra Nadir Mansurov uzun illər Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Konsert Birliyinin solisti olmuşdur. 1949-cu ildə Lənkərana ezam olunur və bir neçə müddət orada yerli xanəndələri tarı ilə müşayiət edir. Bütün yaradıcılığı boyu Azərbaycanın bir çox tanınmış xanəndələrini — Mütəllim Mütəllimov, Xanəli Əkbərov, Sona Mustafayeva və başqalarını həm konsertlərdə, həm də el şənliklərində öz tarı ilə müşayiət etmişdir. Azərbaycan Dövlət Səsyazma arxivində Nadir Mansurovun müxtəlif illərdə çaldığı həm solo, həm də trio müşayiətləri qorunub saxlanılır.
Nadir Mansurov uzun sürən xəstəlikdən sonra 19 noyabr 1972-ci ildə Bakıda vəfat etmişdir. Nadir Mansurovun Məlik adında bir oğlu var.