Nadir Qafarzadə

Nadir Qafarzadə (11 fevral 1971, Dəvəçi rayonu) — Azərbaycan müğənnisi.

Nadir Qafarzadə
Ümumi məlumatlar
Doğum tarixi 11 fevral 1971(1971-02-11) (52 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti aktyor, müğənni
Fəaliyyət illəri 2000-ci ildən
Təhsili
Boyu 1.80 sm[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Nadir Qafarzadə 11 fevral 1971-ci ildə Azərbaycanın Şabran rayonunda anadan olmuşdur.

Ailəlidir 2 oğlu var.

Musiqi təhsillidir, Asəf Zeynallı adına Musiqi Kollecini "Opera" müğənnisi və musiqi müəllimi ixtisası üzrə bitirmişdir.

1989-cu ildə Rusiyanın Murmansk Vilayətində həqiqi hərbi xidmətdə olmuşdur. Orta məktəbdə oxuduğu müddət ərzində musiqi ilə də məşğul olmuşdur. Belə ki, Azərbaycan Dövlət Tele-Radio Şirkətinin "Qırmızı Qərənfil" məktəblilər ansamblında solist kimi fəaliyyət göstərmişdir. Bir çox musiqi müsaqibələrinin və mahnı festivallarının qalibi olmuşdur, bunlardan: "Qızıl Buta", "Grand" (2 dəfə), "İllin mahnısı", "İlin müğənnisi" və "İlin klipi" kimi mükafatları göstərmək olar.

2006-cı ildə Yalta şəhərində keçirilən Beynəlxalq Mahnı Festivalında Azərbaycanı təmsil etmişdir. Həmin ildə Rusiya Federasiyasının Müstəqillik gününə həsr olunmuş və Rusiyanın NTV kanalı ilə yayımlanan konsertində Azərbaycanı təmsil edərək çıxış etmişdir. 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Hər şey Qarabağ üçün" devizi altında keçirdiyi marafona Könüllü qatılaraq Ağdam rayonunun cəbhə bölgələrində əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmişdir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. "Moskva-Bakı" qatarı (film, 2005)
  2. Hərənin öz payı+tayı (film, 2006)
  3. Qonşular (film, 2006)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanlı məşhurların boy fərqi- - 1.92, 1.50...+Fotolar". 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-19.
  2. "Azərbaycan müğənnilərinin boy və çəkiləri "nəhs" reytinqdə (FOTO)". 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-20.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]