Naftilaminlər

Naftilaminlərüzvi maddələrdir və naftalinin törəmələridir. 143,18q/mol molekul çəkisi olan birli aminlərdir.

Nomenklaturası

[redaktə | mənbəni redaktə et]

Naftilamin aromatik nüvədə aminoqrupunun vəziyyətinə görə iki izomeri olur.

Naftilaminin izomerləri

[redaktə | mənbəni redaktə et]
  • 1-naftilamin (∝-naftilamin)
  • 2-naftilamin (β-naftilamin)

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Naftilaminlər havada tutqunlaşan rəngsiz kristallardır və etanolda, dietil efirində yaxşı, suda pis həll olur, sublimə olunur, su buxarı ilə qovulur.

Göstərici 1-naftilamin 2-naftilamin
Tərimə°C 48,6 112
Tqay°C 300,8; 16012 мм Hg 306,1
Sıxlıq, q/sm3 1,1229 25 °C 1,0614 98 °C
pK прот 3,96 22 °C 4,14 27 °C

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Naftilaminlər — kimyəvi xassəsinə görə-tipik aromatik aminlərdir:

  • Qüvvətli qeyri üzvi turşularla duzlar əmələ gətirirlər (protonlaşırlar). C10H7−NH2+H+→C10H7−NH3+
  • Naftilaminlər üzvi turşularla qızdırılarkən asilləşirlər. C10H7−NH2+CH3−COOH→C10H7−NH−CO−CH3
  • naftilaminlər qələvi və turş məhlullarda 1800C-yə qədər qızdırıldıqda uyğun naftollara çevrilirlər.
  • 1-naftilamin-azoboyalarin sintezi zamanı yarımməhsul, aminonaftalin sulfoturşuların, 1-naftolun, bəzi herbisidlərinpiqmentlərin istehsalında isə ilkin maddə kimi isifadə olunur.
  • N-Fenil-1-naftilamin və N-Fenil-2-naftilamin-kauçukların antioksidantlarıdır.
  • 2-Naftilamin-güclü kanserogen olduğuna görə kimya sənayesində o istehsal olunmur.
  • Химическая энциклопедия / Редкол.: Кнунянц И.Л. и др. -М.: Советская энциклопедия, 1992. Т. 3. 639с. ISBN 5-82270-039-8.
  • Несмеянов А.Н., Несмеянов Н.А. Начала органической химии. В 2-х томах. М.: "Химия", 1970. Т-2. 824с.
  • Общая органическая химия / Под ред. Бартон Д., -М.: "Химия", 1982. -Т. 3. 738с.