Nahamar qarağac

Nahamar qarağac (lat. Ulmus glabra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.

Nahamar qarağac
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Avropa, Rusiyanın Avropa hissəsidir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 30-35 m, çətrinin diametri 10 – 30 m, düz gövdəli, yelpikvari, sıx çətirli ağacdır. Qabığı tünd boz, xırda yarpaqlıdır. Yarpaqları nahamar, cod tükcüklərlə örtülmüşdür. Payızda parlaq sarı rənglidir. Yarpaqlar açılanadək çiçəkləyir, küləklə tozlanan bitkidir. Çiçəkləri yaşıl-sarı, xırda, sallaq erkəkciklıdir. Meyvələri yayın ortalarında yetişir.

İşıqsevən, kölgəyə, şaxtaya, tüstüyə, qaza, şoranlaşmaya davamlıdır. Məhsuldar torpaq tələb edir. Qısamüddətli quraqlığa dözür.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazda, Naxçıvanda, Talış zonasında təbii halda yayılmışdır.

Yaşılaşdırmada yararlıdır.