Nailə İslamzadə

Nailə İslamzadə (2 noyabr 1961, Balakən rayonu[1]) — Televiziya aparıcısı, diktor, ssenar imüəllifi, Azərbaycan Respublikasının əməkdar artisti (1998).

Nailə İslamzadə
Doğum tarixi (63 yaş)
Doğum yeri Balakən, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti televiziya aparıcısı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1998

1982-ci ildən 2006-cı ilə qədər Azərbaycan Dövlət Televiziyasında   diktor, aparıcı, jurnalist kimi fəaliyyət göstərib. Bu müddət ərzində dövlət bayramlarına, rəsmi tədbirlərə həsr olunmuş çoxsaylı canlı proqramların, televiziyada çoxsəpkili verilişlərin və "Xəbərlər" proqramının əsas aparıcılarından biri olub. On il ərzində müəllifi və aparıcısı olduğu "Ailələr, talelər" proqramı Azərbaycan televiziya məkanında tok-şounun bu janrında yaranmış ilk veriliş olaraq, Azərbaycan ailəsinin mənəvi, sosial və huquqi problemlərinin həlli yolunda ictimai fikrə istiqamətverici təsir göstərmiş, maarifləndirici, öyrədici tendensiyaya malik olmaqla böyük tamaşaçı rəğbətini qazanmışdır. Bununla yanaşı, bir il ərzində (2011) Türkiyənin TRT AVAZ kanalının dəvəti ilə  hər həftə türk dilində yayımlanan "İş'te kadın" proqramının müəllifi və aparıcısı olub.

2007-2016-cı illərdə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində çalışaraq, nazirliyin mühum layihələrinə həsr olunmuş filmlərin ssenarilərini yazaraq hazırlayıb.

2014-cü ildən isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin ideyası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maddi-texniki dəstəyi əsasında yaranmış,  məramı milli-mənəvi və dini dəyərlərimizin təbliği, erməni saxtakarlıqlarının üzə çıxması, xalqımızlın həyatında tarixən mövcud olan tolerantlığın, mədəni və linqvistik müxtəlifliyin qorunub saxlanılması olan “Kulturaplus” internet televiziyasına rəhbərlik edərək,  Azəbaycan tarixi və mədəniyyəti, ölkəmizin dahi şəxsləri haqqında tammetrajlı publisistik və sənədli filmlərin hazırlanmasına rəhbərlik edib.

Onların içində, iki böyük şəxsin, Heydər Əliyev və Pantifik İoann II Pavelin əsasını qoyduqları və İlham Əliyev tərəfindən davam etdirilən Vatikanla Bakı arasındakı münasibətlər haqqında bəhs edən “Bakıda messa keçirilə bilər”, blokadada olan Naxçıvanda “Heydər Əliyevlə gecə söhbəti”,    dini radikalizmlə mübarizə mövzusundan bəhs edən “Fitnə” və “Şəhadət”, “Vəhdət” adlı filmlərim və Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanan görkəmli yazıçısı Maqsud İbrahimbəyovun həyat və yaradlcılığından bəhs edən və təqdimatında 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etdiyi “Əbədi Maqsud” filmlərini misal gətirmək olar.

2019-cu ildən İctimai televiziyada, qısa müddət ərzində tamaşaçı rəğbəti qazanmış “Ötən günlər” verilişinin aparıcısıdır.

1998-ci ildə əməkdar artist adına layiq görülub. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.