Bu məqalə Balakən şəhəri haqqındadır. Balakən rayonu üçün Balakən rayonu səhifəsinə baxın. |
Balakən — Azərbaycan Respublikasının Balakən rayonunun Balakən şəhər inzibati ərazi dairəsində şəhər,[1] Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasındakı məsafə 394 km–dir.[2]
Şəhər | |
Balakən | |
---|---|
41°43′06″ şm. e. 46°24′59″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Balakən |
Tarixi və coğrafiyası | |
Şəhər statuslu | 1965-ci ildən |
Saat qurşağı | UTC+04:00 |
Əhalisi | |
Əhali sayı |
|
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 2429 |
Poçt indeksi | AZ0800 |
Rəsmi saytı | balaken-ih.gov.az |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Balakənə 1965-ci ildə şəhər statusu verilmişdir. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna əsasən Balakən şəhərinin ərazisi genişləndirilib. Belə ki, qəbul edilmiş qanuna əsasən Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsi Balakən şəhərinin inzibati ərazisinə verildi.[3]
Şəhərdə XVII-XIX əsrlərdə tikilmiş qeyri-adi minarəsi olan gözəl bir məscid yerləşir. Şəhər muzeyində bu regionun ənənəvi sənətlərin eksponatları yığılmışdır. Bir çox arxeoloji tapıntılar bu ərazilərdə hələ neolit dövründə yaşayış məskəninin olduğunu göstərir. Balakəndə 7,5 hektar sahəsi olan böyük şəhər parkı var. Parkda həmçinin kanat yolu tikilmişdir.
Balakən şəhəri Qanıxçayın bir qolu olan Balakən çayının sahilində, Böyük Qafqazın dağətəyilərində yerləşir. Şəhər Yevlax dəmiryol qovşağından 178 kilometr şimal-qərbə, Yevlax-Laqodexi şosesində üzərində yerləşir.
Şəhərdə əhalinin 85%[4]-ni azərbaycanlılar , 14%[4]-ni avarlar və 1%-ni digər xalqların nümayəndələri təşkil edir .[4]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Balakən şəhərində bir neçə zavod fəaliyyətdədir. Bunlar
1985-ci ildə Balakəndə Yevlax-Balakən dəmiryol xəttinin son stansiyası tikilmişdir.
Расстояние от Баку: 394 км
Balakən rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |