Tbilisi şəhərində yerləşən naməlum əsgər abidəsi (gürc. უცნობი ჯარისკაცის საფლავი) - Gürcüstanın paytaxtı Tbilisi şəhərində 1981-ci ildə inşa edilmiş naməlum əsgər abidəsi. Abidə və memorial kompleksi Trialeti silsiləsinin açıq yamacında yerləşən Vəke Parkının ərazisində yerləşir.
Naməlum əsgər abidəsi უცნობი ჯარისკაცის საფლავი | |
---|---|
Ölkə | Gürcüstan |
Yerləşir | Tbilisi |
Memar | Nikola Nikolov |
Material | tunc |
Saxlanıldığı yer |
Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Vəke Parkında 1981-ci ildə açılışı olmuş memorial kompleksi və abidə İkinci Dünya müharibəsi zamanı Qırmızı Orduda xidmət etmiş və həlak olmuş yüzminlərlə gürcü əsgərinin xatirəsinə ucadılmışdır.[1] Abidənin açılışı Gürcüstan Sovet Sosialist Respublikasının almaz yubileyi hesab olunan elan edilməsinin 60-cı ili münasibəti ilə Sov. İKP MK-nın Baş katibi Leonid Brejnev və Gürcüstan Kommunist Partiyası MK-nın birinci katibi Eduard Şevardnadzenin iştirakı ilə açılıb.
1981-1985-ci illərdə gürcü heykəltaraş və rəssam Giorgi Oçhiauri tərəfindən naməlum əsgər məzarının ətrafında qoyulmuş heykəllər hazırlanmışdır. Həmin heykəllər 2009-cu ildə Qori qalasına köçürülüb.[2]
Məzarda əbədi məşəl yerləşdirilib, eləcə də həlak olmuş əsgərlərin xatirəsinə heykəllər və ilahə Kali Manın (qara ana) yüksələn fiquru təsvir edilib.[3] İkinci Dünya müharibəsində iştirak etmiş gürcü əsilli veteranlar və şəhər sakinləri 9 May Qələbə Günü münasibəti ilə abidəni hər il ziyarət edirlər.[4] Xarici liderlər də Gürcüstana etdikləri rəsmi səfərlər zamanı məzar kompleksinin önünə əklililər qoyublar. Kompleks Leonid Brejnev[5], Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 71-ci baş naziri Marqaret Tetçer[6] və Belarus Respublikasının 1-ci Prezidenti Aleksandr Lukaşenko tərəfindən ziyarət edilib.