Trialet silsiləsi

Trialet silsiləsi (gürc. თრიალეთის ქედი) — Gürcüstanın ərazisində yerləşən dağ silsiləsi. Kür çayının sağ sahili boyunca yerləşir. Silsilə 150–200 km məsafədə uzanır. Tiflisdən qərbdə qərarlaşır. İnzibati baxımından Tetritskaro, Tsalka, Kaspi, kimi vilayətlərin ərazisini əhatə edir. Silsilənin eni 30 km bərabərdir. Öz növbəsində böyük bir suayırıcı rolunu oynayır. Paleogen dönəmində vulkan fəaliyyəti nəticəsində meydana gəlmişdir. Əsasən vulkanik suxurlardan təşkil olunmuşdur[1]

Trialet silsiləsi
თრიალეთის ქედი
Ümumi məlumatlar
Uzunluğu 150 km
Eni 30 km
Yerləşməsi
41°44′48″ şm. e. 43°57′12″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Trialet silsiləsi xəritədə
Trialet silsiləsi
Trialet silsiləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Silsilənin ən hündür zirvəsi Şaviklde dağıdır. Dağın hündürlüyü 2850 metrdir. Gürcü dilindən tərcümədə Qara qaya mənasını verir. Digər zirvələri — Sakvelosmta (2803 m), Ardjevani (2757 m), Dalisavarрyataq (2708 m), Ortatavi (2513 m), Kençikara (2320 m), Kvadjvari (2280 m). Burada əsas zirvələrin hündürlüyü 2300–2800 m arasında dəyişir. Trialet silsiləsinin ən hündür nöqtəsi olan Şaviklde dağı qərb hissədə yerləşir. Burada temperatur anomaliyasını müşahidə etmək olar. Temperatur -16; +40 C arasında dəyişir. Üstəlik bu regionda çoxlu sayda termal sular vardır. Şimal ətəklərdə üstünlük təşkil edir.

Silsilənin şərq hissəsinin meşə ilə örtülməsi səbəbindən ətrafı müşahidə imkanlarını azaldır. Burada meşəliklər 2000 metrə qədər yayılmışdır.

1200-1300-dən 2000–2200 m-ə qədər dağlıq meşələr yayılmışdır. Ondan yüksək ərazilərdə subalp və alp çəmənlikləri təşkil edir. Trialet silsiləsinin ətəklərindən Anaxatır, Qucarretiskali və Tedzami, Alqeti, Diqmiskali, Vere çaylarının qolları öz başlanğıcını götürür.

Trialet silsiləsi əsasən enliyarpaqlı ağaclarla örtülüdür — palıd, vələs, fıstıq. Silsilənin qərb ətəkləri və daha hündür hissələrdə ağ şam, adi şam, küknardan ibarət iynəyarpaq və qarışıq meşələr yayılmışdır. Meşələrdə çoxlu sayda kiçik göllər vardır. Cənub ətəkləri çəmənliklərlə örtülmüşdür.

Silsilənin şimal hissəsində orta əsrlərə aid Kvataxevi monastrı mövcuddur.

Trialet silsiləsi
  1. "Trialet silsiləsi". 2008-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]