Namazlıtəpə — Ağdam rayonunun Kəbləhüseynli kəndindən 300 m şərqdə yerləşən yaşayış yeri. Diametri 110 m, hündürlüyü 3,5 m olan, hər tərəfi torpağının qazılaraq daşınması nəticəsində dağılmış təpədir. Toplanılmış saxsı kolleksiyası neolit və son tunc-erkən dəmir dövrlərinə aiddir.[1]