Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür.
Lilbalıq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Lilbalıq |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur. Kürək və anal üzgəcləri nisbətən kiçikdir. Kürək üzgəcində 4 çıxıntısız və 8–9 çıxıntılı sümük, anal üzgəcdə isə 3 çıxıntısız, 8–9 çıxıntılı sümük olur. Quyruq üzgəci çıxıntısız olur.
Daha çox Xəzərə tökülən böyük çaylarda və Volqa deltasının mənsəb hissələrində yayılmışdır. Volqa-Xəzər rayonunda daha çoxsaylıdır. Azərbaycanda Aşağı Kürün su hövzələrində, su anbarlarında (Hacıqabul, Sarısu gölləri, Kürətrafı axmaz və digər sular, Varvara və Mingəçevir), Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində yaşayır. Böyük Qızılağacda körpələr ancaq yay aylarında rast gəlinir.
Şirin su balığıdır. Kür çayı hövzəsində, Hacıqabul, Sarısu və Kür boyu Yevlaxa qədər olan su hövzələrdə yayılmışdır. Bundan başqa lil balığına Lənkəran yaxınlığındakı Olxov gölündə də çoxlu miqdarda təsadüf edilir. Dibi lilli və içərsində çoxlu su bitkiləri olan sularda yaşayır. Suda oksigen azlığına yaxşı davam gətirə bilir. Suyun dibində az hərəkət edərək yaşayır. Zəif hərəkətli olan bu balıq kiçik molyuskalar, xironomid sürfələri, digər cücü sürfələri ilə qidalanır.
Azərbaycan sularında lil balığı cinsi yetkinliyə 3–4 yaşında çatır. Olxov gölündə yaşayan lil balığı kürüsünü mayın axırlarında tökməyə başlayır və iyunun axırlarında qurtarır. Kürülər üç hissədə yetişir. Tam yetişmiş kürünün diametri 0,88–1,06 mm olur. Lil balığının kürü tökmə şəraiti, çoxalması və qidalanması hələ yaxşı öyrənilməmişdir.
Lil balığının təsərrüfat əhəmiyyəti çox deyil.