Namiq Əliyev (alim)

Namiq Nəriman oğlu Əliyev (28 iyul 1940, Bakı21 iyul 2020) — tibb elmləri doktoru (1998), professor (1989), AMEA-nın müxbir üzvü (2001), Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü (2002), Azərbaycan Respublikasının Əməkdar elm xadimi (2000), Azərbaycan SSR Əməkdar həkimi (1991)[1]

Namiq Əliyev
Doğum tarixi 28 iyul 1940(1940-07-28)
Doğum yeri
Vəfat tarixi 21 iyul 2020(2020-07-21) (79 yaşında)
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2000 "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 1991
"Şöhrət" ordeni — 2010

Namiq Əliyev 28 iyul 1940-cı ildə Bakı şəhərində anadan olub. 1958–1960-cı illərdə Bakı şəhəri 5 saylı tibb məktəbinin tələbəsi olub. Ali təhsilini 1960–1968-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində alıb. 1968–1970-ci illərdə həmin universitetin Mikrobiologiya kafedrasının aspirantı kimi təhsilini davam etdirib.[1][2][3]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Namiq Əliyev 1971–1987-ci illərdə Azərbaycan Dövlət Tibb universitetinin Yoluxucu xəstəliklər kafedrasında assistent, 1987–1988-ci illərdə dosent, 1989–1990-cı illərdə isə professor vəzifələrini icra edib.[3] 1981-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində müfəttiş, 1982–1991-ci illərdə isə Elmi-Tibbi Şuranın sədr müavini kimi fəaliyyət göstərib.[1][2]

Namiq Əliyev 1993–1994-cü illərdə Elm idarisinin rəisi olaraq çalışan Namiq Əliyev 1994-cü ildən V. Y. Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru vəzifəsini icra edib. Pedaqoji fəaliyyətlə məşğul olan alim, eyni zamanda Azərbaycan Tibb Universitetində Yoluxucu xəstəliklər kafedrasının müdiri işləyib.[1][2]

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Namiq Əliyev 1970-ci ildə "Maqnit sahəsinin bəzi mikroorqanizmlərin marfogenetik və genetik-biokimyəvi xüsusiyyətlərinə təsiri" mövzusunda fəlsəfə doktoru dissertasiyası, 1998-ci ildə "Maqnit sahəsinin bir sıra infeksion xəstəliklərin kompleks müalicəsində tətbiqinin klinik-eksperimental əsaslandırılması" mövzusunda elmlər doktorluğu dissertasiyalarını müdafiə edib. 1989-cu ildə Yoluxucu xəstəliklər ixtisası üzrə professor elmi adına layiq görülüb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2002-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilib.[1][2]

Alim 300-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiya, 5 dərslik və dərs vəsaiti, 18 səmərələşdirici təklif, 8 patentin müəllifidir. Onun elmi rəhbərliyi ilə 3 elmlər doktoru, 16 fəlsəfə doktoru hazırlanıb.[1][2]

Namiq Əliyev 2020-ci ildə vəfat edib.[1]

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • "Artemisia issayevii Rzazade" növündən olan efir yağının virus əleyhinə fəallığı
  • Azərbaycanda enterovirus infeksiyaları üzərində epidemioloji nəzarətin təşkilinin əsas məqamları
  • Azərbaycanda uşaqlar arasında naməlum etiologiyalı bağırsaq infeksiyası zamanı adenovirusların aşkar olunması
  1. 1 2 3 4 5 6 7 "Əliyev Namiq Nəriman oğlu" (az.). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 "Namiq Nəriman oğlu Əliyev" (az.). www.nkpi.az. 2023-07-11 tarixində arxivləşdirilib.
  3. 1 2 "Akademik, kafedra müdiri Əliyev N.N." (az.). old.amu.edu.az. 2023-07-11 tarixində arxivləşdirilib.
  4. "N.N.Əliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 26 iyul 2010. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2023.
  5. "Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 4 fevral 1991. 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2023.
  6. "N. Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan Sovet Sosialist Respublikasının Prezidentinin Fərmanı". e-qanun.az. 4 fevral 1991. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2023.