Namiq Hacıheydərli

Namiq Hacıheydərli (8 sentyabr 1975, Salyan rayonu27 aprel 2024[1]) — Azərbaycan şairi, araşdırmaçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), AYB-nin Muğan bölməsinin yaradıcısı və ilk sədri (2008–2015).

Namiq Hacıheydərli
Doğum tarixi 8 sentyabr 1975(1975-09-08)
Doğum yeri
Vəfat tarixi 27 aprel 2024(2024-04-27)[1] (48 yaşında)
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti şair, publisist
Üzvlüyü
Mükafatları Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı
Türk Dünyasına Xidmət Ödülü

Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirib və elə həmin ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib.

2024-cü il aprel ayının 27-də qəfil komaya düşdüyünə görə xəstəxanaya yerləşdirilib. Həmin gün vəfat edib.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən "Dan yeri" Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü,[3] 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib.

Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır.

2010-cu ildə Türk Xalqları Mədəniyyət Vəqfinin Azərbaycan təmsilçisi seçilib.

Yaradıcılığı Türkiyədə, Rusiyada, Hollandiyada, Qazaxstanda və digər ölkələrdə çap olunub.

7 kitabın, yüzə qədər elmi, publisistik və pedaqoji məqalənin müəllifidir.

2015-ci ilin mayında Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədrliyindən bəyanatla istefa verib[4]

2009-cu ildə "Vektor" Beynəlxalq Elm Mərkəzi tərəfindən "Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı"na layiq görülüb.

2013-cü ildə "Türk dünyasına xidmət ödülü"nə layiq görülüb.

2015-ci ilin avqust ayında türk dünyası ilə bağlı araşdırmalarına görə Türkiyə Sənət Platformu tərəfindən "2015 TÜRK DÜNYASI HİZMƏT ŞƏRƏF ÖDÜLÜ" ilə mükafatlandırılıb.

  • Ey türk doğulan. Bakı: 2012[5]
  • Səni tapan itirməz. Bakı.[6]
  • Söz sənindir. Bakı, "Vektor" Nəşrlər Evi, 2010.[7]
  • Dağ Kolanı dastanı. Bakı.[8]
  • Yaralı Azərbaycan. Bakı.
  • Sözüm sənədi, tanrım. Bakı.
  • Muğanın səsi. Bakı.
  1. 1 2 Şair-publisist Namiq Hacıheydərli qəfil vəfat etdi.
  2. "Şair-publisist Namiq Hacıheydərli qəfil vəfat etdi". Oxu.Az (az.). 2024-04-27. 2024-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-27.
  3. "Arxivlənmiş surət". 2013-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-15.
  4. Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri istefa verdi [ölü keçid]
  5. "«Ey Türk doğulan» Namiq Hacıheydərlinin kitabı təqdim olundu". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-27.
  6. "Namiq HACIHEYDƏRLİ – SƏNİ TAPAN İTİRMƏZ". 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-27.
  7. "Namiq Hacıheydərlinin yeni şeirlərinin ünvanı – "Söz sənindir"". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-27.
  8. "Arxivlənmiş surət". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]