Namiq Nəsrulla oğlu Nəsrullayev (2 fevral 1945, Bakı – 17 yanvar 2023[1], Bakı) — Azərbaycan Respublikasının iqtisadiyyat naziri (1996–2001), Azərbaycan Respublikası Hesablama Palatasının ilk sədri (2001–2007). Azərbaycanın tanınmış dövlət xadimi Nəsrulla Nəsrullayevin oğludur.
Namiq Nəsrullayev | |
---|---|
12 iyun 2001 – 17 aprel 2007 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Heydər Əsədov |
18 noyabr 1996 – 30 aprel 2001 | |
Əvvəlki | Səməd Sadıqov |
Sonrakı | vəzifə ləğv edilib |
2 oktyabr 1995 – 18 noyabr 1996 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 fevral 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 17 yanvar 2023[1] (77 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, riyaziyyatçı |
Atası | Nəsrulla Nəsrullayev |
Uşağı | Leyla Nəsrullayeva |
|
|
Təltifləri |
2 fevral 1945-ci ildə Bakı şəhərində anadan olmuş, 1962-ci ildə orta məktəbi, 1967-ci ildə fərqlənmə diplomu ilə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini, 1970-ci ildə M. Lomonosov adına Moskva Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir.
Ailəlidir, 2 övladı var.
1968-ci ildən Moskvada akademik Boris Nikolayeviç Petrovun rəhbərliyi ilə SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspiranturasında avtomatik idarəetmə və tənzimləmənin invariantlılıq nəzəriyyəsi, ekstremal tənzimləmə sistemləri üzərində işləmişdir.
1978-ci ildə bort nüvə energetikası qurğuları üzrə texnika elmləri namizədi elmi dərəcəsi almışdır.
1978–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun direktor müavini, "Kibernetika" XKB-nin direktoru işləmişdir.
1987-ci ildə Azərbaycan "Ulduz" Elm İstehsalat Birliyinin və "Rabitə Sistemləri" Elmi-Tədqiqat İnstitutunun direktoru təyin edilmiş, həmin vəzifələrdə 1995-ci ilədək çalışmışdır.
15 müəlliflik şəhadətnaməsi almış, 32 elmi əsəri nəşr edilmişdir.
1995-ci ildən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini, 1996-cı ildən 2001-ci ilədək Azərbaycan Respublikasının iqtisadiyyat naziri vəzifəsində fəaliyyət göstərmişdir.
2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə təyin edilmiş, 2007-ci ilin aprel ayında səhhəti ilə əlaqədar öz xahişi ilə həmin vəzifədən azad edilmişdir.
Namiq Nəsrullayev 1973-cü ildə SSRİ Nazirlər Sovetinin xüsusi mükafatı, 1986-cı ildə "Əmək rəşadəti" medalı, 2005-ci ildə Rusiya Federasiyasının Prezidentinin fərmanı ilə "Dostluq" ordeni, 2007-ci ildə Rusiya Federasiyasının Hesablama Palatasının "Fərqlənmə nişanı" ilə təltif edilmişdir.