Nana Aleksandriya (gürc. ნანა გიორგის ასული ალექსანდრია, Nana Giorgis asuli Aleksandria; 13 oktyabr 1949, Poti) — Sovet və Gürcüstan şahmatçı, qrosmeyster (1976).[3] SSRİ-nin əməkdar idman ustası (1971).[4]
Nana Aleksandriya | |
---|---|
gürc. ნანა გიორგის ასული ალექსანდრია | |
| |
Ölkə |
SSRİ Gürcüstan |
Doğum adı | ნანა ალექსანდრია |
Doğum tarixi | 13 oktyabr 1949 (75 yaş) |
Doğum yeri | |
Titulu | |
Son reytinqi |
|
Maksimal reytinqi | 2415 (1988-ci il yanvar ayı) |
FİDE nömrəsi | 13600230 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Nana Aleksandriya 1949-cu ildə Poti şəhərində anadan olmuşdur,[4] jurnalistika ixtisasını bitirmişdir.
1963-cü ildə SSRİ çempionatında debüt etmişdir, 1964-cü ildə Gürcüstan SSR çempionu oldu. Üçqat SSRİ çempionu (1966, 1968, 1969) olmuşdur. Dəfələrlə SSRİ yığma komandasında dünya olimpiadalarının (1969-1980) qalibi olmuşdur. 1967-1990-cı illərdə dünya çempionatı yarışlarında iştirak etmişdir. Dünya çempionatının final görüşlərində iki dəfə iştirak etmişdir, ancaq 1975-ci ildə Nona Qaprindaşvili (+3 =1 -8), 1981-ci ildə isə Maya Çiburdanidzeyə (+4 = 8 -4, Çiburdanidze dünya çempionu titulunu qorudu) məğıub olmuşdur. 20-dən çox beynəlxalq turnirin qalibi. Nana Aleksandriyanın məşqçisi Vaxtanq Karseladze idi.
Gürcüstanda şahmat turnirləri keçirilir, qalibləri Nana Aleksandriya Kubokuna layiq görülür.
Həyat yoldaşı Giqa Bokeriya idi. Gürcüstan xarici işlər nazirinin keçmiş müavini Giga Bokeriya onun oğludur.