Nanaylar — Amur çayının aşağı (Rusiya Federasiyası, Xabarovsk ölkəsi) və Ussuri çayının sağ qolları sahillərində yaşayan xalq[1].
Rusiyada təqribən 10,5 min nəfərdir (1979). Bir hissəsi Çində, Sunqari və Ussuri çayları arasında yaşayır. Nanaylar Nanay dilində danışırlar. Dinləri xristianlıqdır. Şamanizmin də qalıqları var.