Naqoya Şəhər Kanalizasiya Elmi Muzeyi

Naqoya Şəhər Kanalizasiya Elmi Muzeyi (名古屋市下水道科学館?)Yaponiyanın Ayçi prefekturasının Naqoya şəhərində yerləşən kanalizasiya muzeyi.

Naqoya Şəhər Kanalizasiya Elmi Muzeyi
Xəritə
Açılış tarixi iyul 1989
Ölkə
Yerləşir Meyco 1-çome[d]
35°11′31″ şm. e. 136°54′10″ ş. u.
waterlab.nagoya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey 1989-cu ilin iyulunda Naqoya şəhərinin 100 illiyi münasibətilə yaradılmışdır.[1] 2012-ci ildə Naqoya şəhərinin kanalizasiya sisteminin 100 illiyi ilə əlaqədar olaraq yenidən açılmışdır.[2] 2019-cu ilin iyulunda muzeyin 30 illiyi münasibətilə yenidənqurma işləri aparılmışdır.[3] 2020-ci ildə "Metawater" şirkəti ilə imzalanan müqaviləyə əsasən muzey rəsmi olaraq "Metawater Naqoya Kanalizasiya Elmi Muzeyi" adlanmışdır.[4]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Muzey kanalizasiya sistemlərinin iş prinsipinə həsr olunmuşdur və beş bölmədən ibarətdir. Muzeyin girişində suyun dövranına həsr olunmuş hissədə ziyarətçilər "su damcısına çevrilərək" virtual səyahətə çıxa bilərlər. Gündəlik həyata həsr olunmuş bölmədə suyun istifadə etdikdən sonra hara getdiyi izah olunur. Kanalizasiya təmizləmə bölməsində suyun təmizlənmə prosesi göstərilir. "Təbii fəlakətlərə hazırlıq" bölməsində Naqoya şəhərinin təhlükə xəritəsi və drenaj simulyasiya oyunu yerləşir. "Kanalizasiya borularının qulluğu" və "Naqoya kanalizasiya sisteminin tarixi və gələcəyi" muzeyin digər bölmələridir. Muzeyin teatrında su haqqında videomateriallar nümayiş olunur.[5]

Muzeyin açıq hava sərgisində Yaponiyada quraşdırılmış kanalizasiya qapaqları sərgilənir.[6] Akvarium guşəsində Kiso çayında yaşayan canlılar haqqında məlumatlar verilir.[2]

  1. "なごやの水道・下水道の歩み" (PDF). Milli Diet Kitabxanası (yaponca). 19 iyun 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 iyun 2024.
  2. 1 2 "下水道科学館のご案内". Naqoya Şəhər Su İşləri və Kanalizasiya Bürosu (yaponca). 19 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2024.
  3. "Metawater Sewerage Science Museum Nagoya (Nagoya City Sewerage Science Museum)". Muzeyin rəsmi saytı (ingiliscə). 10 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2024.
  4. "名古屋市下水道科学館のネーミングライツ契約を締結". Metawater (yaponca). 22 yanvar 2020. 19 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2024.
  5. "当館のご案内". Muzeyin rəsmi saytı (yaponca). 19 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2024.
  6. "METAWATER Sewerage Science Museum Nagoya Brochure" (PDF). Muzeyin rəsmi saytı (ingiliscə). 19 iyun 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 iyun 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • waterlab.nagoya — Naqoya Şəhər Kanalizasiya Elmi Muzeyinin rəsmi saytı