Film SSRİ Xalq artisti, kinorejissor Əjdər İbrahimovun həyat və yaradıcılığı haqda bioqrafik süjetə malikdir. Filmdə əsas xətt olaraq, Ə.İbrahimovun xatirələrindən istifadə olunmuşdur və həmin xatirələr film boyu onun yaradıcılıq yolu ilə paralel olaraq diktor mətni ilə səsləndirilmişdir.
Narahat adam |
---|
|
Janr |
bioqrafik |
Ssenari müəllifi |
Marqarita Maleyeva |
İstehsalçı |
"Yaddaş" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi |
2005 |
Filmin digər adı |
Неудобный человек (rusca variantı) |
Filmin növü |
tammetrajlı sənədli film |
Müddət |
56 dəq. 10 san. (azərbaycanca variantı) 51 dəq. 40 san. (rusca variantı) |
Ölkələr |
Azərbaycan |
Dillər |
Azərbaycan dili (azərbaycanca variantında) Rus dili (rusca variantında) |
İl |
2005 |
Texniki məlumatlar |
6 hissə |
Rəng |
rəngli |
- Ə.İbrahimovun doğulduğu Aşqabad şəhərində keçirdiyi gənclik illəri, müharibədən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil aldığı dövr, Aşqabad və Bakı Kinostudiyalarında, daha sonra isə "Mosfilm" kinostudiyasındakı fəaliyyəti, Vyetnam kinosunun yaradılmasında əvəzolunmaz rolu, habelə onun insani keyfiyyətləri filmin süjet xəttini təşkil edir. Filmdə onun həyat yoldaşı, tələbəlik dostları, iş yoldaşları, görkəmli kino xadimləri Ə.İbrahimov haqda xatirələrini danışırlar.
- 1) 2006-cı ildə
- Filmə "Humay" mükafatı verilmişdir.
- Ssenari müəllifi: Marqarita Maleyeva
- Rejissor-operator: Nizami Abbas
- Montaj rejissoru: Mübariz Nağıyev
- Səs operatoru: Anar Quliyev
- Musiqi redaktoru: Rauf Əliyev
- Redaktor: Nəriman Əbdülrəhmanlı
- Prodüser: Xanlar Cəfərov
- Mətni oxuyan: Rasim Balayev (azərbaycanca variantı), Rafiq Hüseynov (rusca variantı)