Nardaran — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Nardaran kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir.[1]
Nardaran | |
---|---|
41°00′48″ şm. e. 49°08′28″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaşayış məntəqəsi Şıx Aladınlı kəndinin qışlaq yeri olmuşdur. Sonralar həmin kənddən çıxmış ailələr bu qışlaq yerində məskən salmış və kənd də Şıx Aladınlı adlanmışdır. Tədqiqatçılara görə, yaşayış məntəqəsinin adı fars dilindəki nar (ikihürgüclü erkək dəvə) və daran (yer, məkan) komponentlərindən düzəlib, "dəvə saxlanılan, dəvə yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqələrində əhalinin keçmişdə dəvəçiliklə geniş məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan bəzi tədqiqatçılar oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstliklə əlaqədar "od olan yer" kimi izah edirlər.[2]
Kənd Samur-Dəvəçi ovalığında yerləşir.
Əhalisinin sayı 54 nəfərdir (2009-cu il).[3]
Siyəzən rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |