Narikala (gürc. ნარიყალა; azərb. Narınqala və ya İsgəndər qalası[1]) – Gürcüstanın paytaxtı Tbilisi və şəhərdən keçən Kür çayını nəzarətdə saxlayan qədim qaladır.
Narikala | |
---|---|
ნარიყალა | |
41°41′16″ şm. e. 44°48′31″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Şəhər | Tbilisi |
Yerləşir | Tbilisi |
Tikilmə tarixi | IV əsr |
Üslubu | Gürcü memarlığı |
Vəziyyəti | stabil |
Vikianbarda əlaqəli mediafayllar |
İki qatlı divarlara malik qala, Tbilisi botanika bağı və mineral su hamamları arasındakı hündür təpənin üstündə yerləşir. Qalanın aşağı həyətində yeni restavrasiya edilmiş Müqəddəs Nikolay kilsəsi yerləşir. Bu kilsə, yanğın nəticəsində məhv olmuş XIII əsr kilsəsinin yerində 1996-1997-ci illərdə inşa edilmişdir. Xaçvari plana malik yeni kilsənin üç tərəfində giriş qapıları vardır.[2] Kilsənin interyeri Gürcüstan tarixinə və Bibliya mövzularına həsr olunmuş freskolarla bəzədilmişdir.[3]
IV əsrdə əsası qoyulmuş[4] qala Suris-tsixe (Qısqanclıq doğuran qala) adlandırılmışdır. VII əsrdə qala Əməvilər, daha sonra Qurucu David (1089-1125) tərəfindən ələ keçirilmişdir. Monqollar qalanın adını dəyişərək “Narın qala” (Kiçik qala) qoymuşlar. Qala daxilində dövrümüzə çatmış binaların əksəri XVI-XVII əsrlərə aid edilir. 1827-ci ildə baş vermiş zəlzələ nəticəsində qalanın bir hissəsi zədələnmiş və sökülmüşdür.