Nasional Fəaliyyət və Gümrah İnkişaf |
---|
Nasional Fəaliyyət və Gümrah İnkişaf (türk. Nasyonal Aktivite ve Zinde İnkişaf, NAZİ) — 1969-cu ildə bir qrup keçmiş Respublikaçı Kəndlilər Millət Partiyasının (CKMP) üzvləri tərəfindən Türkiyənin İzmir şəhərində yaradılmış neonasist və türkçü siyasi birlik. Birlik iki döyüş bölməsini saxlayırdı. Üzvlər "Hücum dəsətləri" formaları geyinirdilər və Hitler salamından istifadə edirdilər. Liderlərdən biri olan Gündüz Qapancıoğlu 1975-ci ildə yenidən Milliyyətçi Hərəkat Partiyasına (MHP) qəbul olunmuşdur. Bir neçə gün sonra dərnək MHP ilə birləşərək özünü ləğv etmişdir. Dərnək nisbətən kiçik idi, 1969-cu ildə təxmini 20 üzvü var idi və bu, pik nöqtə idi.[1][2]