Nasirilər sülaləsi (ərəb. بنو نصر) — İspaniyada hakimiyyətdə olmuş sonuncu ərəb və müsəlman sülaləsi. Əsası 1232-ci ildə I Məhəmməd ibn Nəsr tərəfindən qoyulmuş və 2 yanvar 1492-ci ildə, əmir XII Məhəmmədin hakimiyyəti dövründə birləşmiş Kastiliya və Araqon krallıqları qarşısında süquta uğramışdır.
Nasirilər dövründən qalan ən məşhur abidə Qranadada yerləşən Əlhambra sarayıdir .
I Məhəmməd ibn Nəsr (1238–1273)
II Məhəmməd əl-Fəqih (1273–1302)
III Məhəmməd (1302–1309)
Nəsr (1309–1314)
I İsmayıl (1314–1325)
IV Məhəmməd (1325–1333)
I Yusif (1333–1354)
V Məhəmməd (1354–1359) (1-ci dəfə)
II İsmayıl (1359–1360)
VI Məhəmməd (1360–1362)
V Məhəmməd (1362–1391) (2-ci dəfə)
II Yusif (1391–1392)
VII Məhəmməd (1392–1408)
III Yusif (1408–1417)
VIII Məhəmməd (1417–1419) (1-ci dəfə)
IX Məhəmməd (1419–1427) (1-ci dəfə)
VIII Məhəmməd (1427–1429 (2-ci dəfə)
IX Məhəmməd (1430–1431) (2-ci dəfə)
IV Yusif (1431–1432)
IX Məhəmməd (1432–1445) (3-cü dəfə)
X Məhəmməd (1445) (1-ci dəfə)
V Yusif (1445–1446) (1-ci dəfə)
X Məhəmməd (1446–1448) (2-ci dəfə)
IX Məhəmməd (1448–1453) (4-cü dəfə)
XI Məhəmməd (1453–1454)
Sad (1454–1462) (1-ci dəfə)
V Yusif (1462) (2-ci dəfə)
Sad (1462–1464) (2-ci dəfə)
Əbül Həsən Əli (1464–1482) (1-ci dəfə)
XII Məhəmməd (1482–1483) (1-ci dəfə)
Əbül Həsən Əli (1483–1485) (2-ci dəfə)
XIII Məhəmməd əbu Abdullah (1485–1486)
XII Məhəmməd əbu Abdullah (1486–1492) (2-ci dəfə)