XII Məhəmməd əbu Abdullah

XII Məhəmməd əbu Abdullah (ərəb. أبو عبد الله محمد الثاني عشر‎; təq. 1459, Qranada, Qranada əmirliyi1494, Fəs, Vəttasilər dövləti[1][2][…]) — Qranada əmirliyinin XXII və son əmiri. Qranada əmirliyinin 2 yanvar, 1492-ci ildə Xristianların əlinə keçməsindən sonra XII Məhəmməd əbu Abdullah hakimiyyəti bitmiş və Qranada əmirliyinin varlığına son qoyulmuşdur. XII Məhəmməd Qranada əmiri Əbül Həsən Əlinin oğludur. Dəqiq olmayan məlumatlara əsasən 1460-cı ildə Qranada şəhərində yerləşən Əlhambra sarayında doğulmuşdur. 1482-ci ildə XXII əmir olaraq taxta çıxmışdır. 1482-ci ildə Kastiliya krallığı ilə aparılan müharibə zamanı əsir düşmüşdür. 1484 - 1487-ci illər arasında Lukesa şəhərində üç il davam etmiş əsrilik həyatı yaşamışdır. Əsirlikdə olduğu dövrdə Qranada əmirliyini atası idarə etmişdir. 1487-ci ildə Araqon kralı II Ferdinand və Kastiliya kraliçası I İzabelin ağalığını qəbul etmiş və bunun əvəzində sərbəst bıraxılmışdır.

XII Məhəmməd əbu Abdullah
أبو عبد الله محمد الثاني عشر
bayraq
Qranada əmirliyinin XXII və son əmri
bayraq2
1486 – 1492
ƏvvəlkiXIII Məhəmməd əbu Abdullah
Sonrakıyoxdur
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Əlhambra sarayı, Qranada
Vəfat tarixi
Vəfat yeri Fəs, Mərakeş
Fəaliyyəti monarx
Atası Əbül Həsən Əli
Anası Aixa
Ailəsi Nasirilər sülaləsi
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XII Məhəmməd əbu Abdullah əsrilikdən sonra ölkəsinə qayıtmış ikinci dəfə taxta çıxmışdır. Hakimiyyətə qayıdışından sonra zəifləməkdə olan Qranada əmirliyini gücləndirmək cəhtləri heç bir nəticə verməmişdir. Bir birinin ardınca Baeza, Malaqa və Almeyra şəhərləri xristianlar tərəfindən işğal olunmuşdur. 1491-ci ildə Qranada müsəlmanlar tərəfindən idarə olunan və müsəlmanların yaşadığı yeganə şəhər idi. II Ferdinand və I İzabel XII Məhəmmədə göndərdikləri məktubda Qranada şəhərini döyüşsüz və qansız təslim etməyi məsləhət görmüşdülər. Müharibə aparmağın mənasız olduğunu görən II Məhəmməd 2 yanvar, 1492-ci ildə təslim olmuşdur. Bununla da Qranada əmirliyinin varlığına son qoyulmuşdur. XII Məhəmməd həmin il Mərakeşin mərkəzi olan Fəs şəhərinə getmişdir. 42 il Fəsdə yaşayan XII Məhəmməd əbu Abdullah 1533-cü ildə vəfat etmişdir.

  1. https://www.google.fr/books/edition/Islamic_Spain_1250_to_1500/nWyXAwAAQBAJ?hl=fr&gbpv=1&dq=boabdil++tlemcen+Harvey&pg=PA327&printsec=frontcover.
  2. https://www.google.fr/books/edition/The_Moor_s_Last_Stand/pYrcDAAAQBAJ?hl=fr&gbpv=1&dq=boabdil+1494+tlemcen&pg=PT167&printsec=frontcover.