Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri

Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri (alm. Globalabkommen‎) — Nasizm rejiminin təqibinə məruz qalmış şəxslərə kompensasiya ödənilməsi məqsədilə 1959-1964-cü illərdə Qərbi Almaniya (indiki Almaniya Federativ Respublikası) ilə on iki Qərbi Avropa ölkəsi (Avstriya, Belçika, Danimarka, Fransa, Yunanıstan, İtaliya, Lüksemburq, Niderland, Norveç, İsveç, İsveçrə və Birləşmiş Krallıq) arasında bağlanmış sazişlər toplusu. İkitərəfli sazişlərlə Almaniya hər hansı hüquqi öhdəlik olmadan, könüllü şəkildə[1][2] ümumilikdə 876 milyon alman markı ödəyəcəyini müəyyən etmişdir.

Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri
alm. Globalabkommen
İmzalanma tarixi 1959-1964
İmzalayanlar Almaniya Federativ Respublikası
Avstriya
Belçika
Danimarka
Fransa
Yunanıstan
İtaliya
Lüksemburq
Niderland
Norveç
İsveç
İsveçrə
Birləşmiş Krallıq
Məqsədi Nasizm rejiminin təqibinə məruz qalmış şəxslərə kompensasiya ödənilməsi

Soyuq müharibə dövründə hökm sürən siyasi vəziyyətə görə, Nasizm rejiminin işğalından əziyyət çəkmiş heç bir Şərqi Avropa dövləti ilə bu cür müqavilələr bağlanmamışdır. Özünü Alman Reyxinin varisi hesab etməyən Şərqi Almaniya isə bu ikitərəfli sazişlərin heç birində iştirak etməsə də, 1980-ci illərdə Avstriya, Finlandiya və İsveçlə barışıq sazişləri bağlamışdır.[1][2]

Almaniya aşağıdakı dövlətlərlə müqavilələr bağlamışdır:[1][2]

Dövlət İl Kompensasiya (alman markı ilə)
Avstriya 1961 95 milyon
Belçika 1960 80 milyon
Danimarka 1959 16 milyon
Fransa 1960 400 milyon
Yunanıstan 1960 116 milyon
İtaliya 1961 40 milyon
Lüksemburq 1959 18 milyon
Niderland 1960 125 milyon
Norveç 1959 60 milyon
İsveç 1964 1 milyon
İsveçrə 1961 10 milyon
Böyük Britaniya 1964 11 milyon

Sonrakı mərhələ

[redaktə | mənbəni redaktə et]

Bu sazişlərə görə Almaniya sonrakı məhkəmə işlərində müharibə cinayətinin qurbanları və onların ailə üzvləri tərəfindən irəli sürülən növbəti kompensasiya iddialarına münasibətdə hər hansı maddi məsuliyyətini inkar etmişdi.[3] Bununla yanaşı, Almaniya müharibə cinayətkarlarının İtaliya kimi ölkələrə ekstradisiya edilməsi ilə bağlı qanuni öhdəliyini aradan qaldırdı.[4] İtaliya məhkəmələrinin Almaniya hökumətinin üzərinə kompensasiya ödəmək öhdəliyini qoyan çoxsaylı təkrarlanan qərarlarından sonra, Almaniya immunitet tələbi ilə işi Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmişdi. 2012-ci ildə Məhkəmə Almaniyanın lehinə qərar vermişdi.

1990-cı ildə birləşmiş Almaniya oxşar məzmunda sazişi ABŞ dövləti ilə də bağlamışdı.[5]

  1. 1 2 3 "Bilateral Agreements and the Cold War (1956 - 1974)". German Federal Archives. 23 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2018.
  2. 1 2 3 "Claims Agreements with other Countries". Institute for Jewish Policy Research. 14 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2018.
  3. Squires, Nick. "Three former Nazi soldiers found guilty of Tuscan massacre". The Daily Telegraph. 26 May 2011. 12 August 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 August 2018.
  4. "Three ex-Nazis get life for WWII massacre". Agenzia Nazionale Stampa Associata. 26 May 2011. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 August 2018.
  5. "Compensation for National Socialist injustice". Federal Foreign Office. 19 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2018.