Naska xətti

Naska xəttiPerunun cənub hissəsində, Naska dağ yamacında nəhəng həndəsi və fiqurlu geoqliflər. Şimaldan cənuba 50 kilometr, qərbdən şərqə 5-7 kilometr uzanan dağ yamacında 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörümçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur.

Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Qədim astronavtlarla bağlı nəzəriyyə olan paleokontakt üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır[1].

Yer üzündəki müəmmaların ən böyüklərindən biri Naska şəkilləridir. Perunun cənub hissəsindəki Naska düzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörmçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Üçbucaqlar, düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 650-400-cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə "İnka" yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır. 1939-cu ildə bir təyyarədən kəşf edildikdən sonra bunların şəkil olması öz təsdiqini tapıb. Yerdən baxdıqda normal torpaqdan seçilməməsinə baxmayaraq, havadan baxıldıqda bu cizgilər bizlərə sanki nə isə göstərir. Qüsursuz dəqiqliklə çəkilən bu cizgilərin bəziləri, hətta kilometrlərlə dağlarla təpələrlə uzanır. Həndəsi şəkillərin qüsursuz dəqiqliklə çəkilən küncləri var. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Qədim astronavtlarla bağlı nəzəriyyə olan paleokontakt üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır. Yadplanetilərin axtarışı ilə məşğul olan yazıçı Erix fon Deniken güman edir ki, Naska yaylasındakı xətlər qədim aerodrom rolunu oynamaqla yanaşı "qonaqlar"ı qarşılamaq üçün bir vasitə olub. Onun sözlərinə görə, lap qədim dövrlərdə yadplanetlilər Naska yaylasına gələrkən onların hava gəmisi yaylanı bütün daşlardan "təmizləyib". Bunu görən sakinlər isə onları göydən düşmüş tanrı biliblər. Sonra "qonaqlar" geri dönüb, lakin insanlar yerdə müxtəlif simvol və heyvan şəkillərini təsvir etməklə onları yenidən "dəvət etmək istəyib".

  1. Yadplanetlilərin ən məşhur qədim sirləri Arxivləşdirilib 2012-11-05 at the Wayback Machine  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]